12-09-2015 [23:26]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin tapşırığına əsasən sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.
Mia.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, "cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib:
"Müdafiə naziri general-polkovnik Zakir Həsənov müşavirə iştirakçılarını salamlayaraq Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında xalq ilə ordunun birliyinin daha da möhkəmlənməsini xüsusi vurğulayaraq uğurla davam edən irimiqyaslı təlimlərin gedişi barədə ətraflı məlumat verib.
Müşavirədə cəbhədəki real vəziyyət təhlil edilərək gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri qabaqlamaq məqsədilə müəyyən problemlər və onların həllinin tapılması istiqamətində birgə müzakirənin keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, şəxsi heyətin və cəbhəboyu zonada yaşayan əhalinin, sənaye, təsərrüfat, o cümlədən kommunikasiya qovşaqlarının və digər əhəmiyyətli obyektlərin mühafizəsi, qorunması, müdafiəsi və təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.
Son vaxtlar təmas xəttində vəziyyətin gərginləşməsinə baxmayaraq, Silahlı Qüvvələrin şəxsi heyətinin düşmən təxribatlarının qarşısını alaraq ona ciddi zərbələr vurması, eləcə də ordumuza hər zaman dayaq olan yerli əhalinin fədakarlıq və dözüm nümayiş etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
Birlik komandirləri yerli icra strukturları ilə sıx əlaqələr yaratdıqlarından, bu işin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindəki əhəmiyyətindən, eləcə də həlli vacib olan bəzi problemlərdən danışaraq bunların tezliklə aradan qaldırılması yollarını müzakirə ediblər.
Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tətrər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayon icra hakimiyyəti başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, bundan sonra da müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində yaxından iştirak edəcəklərini, Azərbaycan Prezidentinin tələb və göstərişlərini layiqincə yerinə yetirəcəklərini və hər zaman ordu ilə birlikdə Ali Baş Komandanın əmrlərinə hazır olacaqlarını bildiriblər.
Müdafiə naziri müşavirədə iştirak etdiklərinə görə icra başçılarına minnətdarlıq edərək bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi