“Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” monoqrafiyası çapdan çıxdı

img

12-09-2015 [18:03]


Moskva Dövlət Universitenin "MAKSPRESS” nəşriyyatı AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun  direktor müavini, AMEA-nın müxbir üzvü , professor  Elbrus Əlizadənin və  institutun coğrafiya üzrə fəlsəfə doktoru, dosent Starə Tarixazərin  "Böyük Qafqazda  ekogeomorfoloji  təhlükə  və risk (Azərbaycan daxilində)” adlı  monoğrafiyasını  çapdan buraxıb.

Mia.az xəbər verir ki, nəşrdə Böyük Qafqazda təhlükəli təbii və antropogen geomorfoloji proseslərin inkişafı, onların qiymətləndirilməsi və yaranan riskin idarə olunması ilə bağlı ekogeomorfolojı  problemlər geniş əhatə olunub, təhlükə və risklərə görə tədqiq olunan ərazinin ekogeomorfolojı rayonlaşdırılması aparılıb. Əsərdə ekogeomorfosistemlərə antropogen təzyiq və onun nəticəsi olaraq müasir landşaft-geomorfolojı geosistemlərin transformasiyasına xüsusi diqqət verili, sürüşmə, uçqun, sel və s. kimi təhlükəli geomorfolojı proseslərin mənşəyi, dinamikası, ərazi üzrə yayılması və nəticələri təhlil olunur. Təhlükə və risklərin artdığı şəraitdə dağ geosistemlərinin dayanıqlı inkişafının müasir metod və üsullarla tədqiqi problemi təhlil edilir.

Monoqrafiya geomorfoloqiya, geoloqiya, ekogeomorfoloqiya, landşaftşünaslıq üzrə, o cümlədən,  dağlıq ərazilərin mənimsənilməsi ilə maraqlanan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA