İlham Əliyevdən dəyişiklik mesajı: "İslahatlara böyük ehtiyac var"

img

12-09-2015 [17:57]


"Yeni gözəl qatarlar almışıq. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür".

Mia.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində çıxışı zamanı deyib.

Yeni marşrut üzrə hərəkət edəcək qatarların xidməti heyəti ilə görüşən dövlət başçısı bu sahədə ciddi islahatların aparılmalı olduğunu diqqətə çatdırıb:

`Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər və Azərbaycan dəmir yolu ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edəcək. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.

Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilib. Həm xətt yenilənir, - indi qatarlar yüksək sürətlə işləyəcək,- həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram`.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA