Biləsuvarda 100 yerlik uşaq bağçasının açılış oldu - FOTOLAR

img

11-09-2015 [17:09]


Bu gün Biləsuvar şəhərinin C.Cabbarlı küçəsində yeni inşa olunmuş  100 yerlik uşaq bağçasının açılış mərasimi keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri, bağçanın kollektivi, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan uşaq bağçasının müdiri Elminaz Miriyeva yeni bina barədə məlumat verərək  bildirib ki, 100 yerlik bağçada uşaqlar üçün bütün şərait yaradılıb:


"Bütün inventar və avadanlıqlar yenilənib. Ölkə  Prezidenti cənab İlham Əliyevin  təhsilimizə olan diqqəti və qayğısının nəticəsidir ki, bu gün  ən müasit tələblərə cavab verən yeni bağça  tikilərək əhalimizin istifadəsinə verilir".

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində qəbul edilmiş Dövlət Proqramının icrası rayonumuzda da uğurla həyata keçirilir:


"Bu gun rayonumuzda əsaslı işlər aparılır. Açılışına yığışdığımız bu tərbiyə ocağında kollektiv üçün gözəl şərait yaradılıb. Son illər rayonda bir neçə təhsil ocağı tikilərək istifadəyə verilib. Bu bağça isə rayonda yeni inşa olunan dördüncü tərbiyə ocağıdır. İkimərtəbəli, 100 yerlik bina müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, yeməkxana, mətbəx, oyun otaqları, tibb məntəqəsi və yardımçı otaqlardan ibarətdir. Bağça binasında müasir istilik sistemi də quraşdırılıb. Həyətyanı sahədə isə uşaqlar üçün istirahət güşələri yaradılıb".

Tədbirdə şəhər sakinləri çıxış edərək, uşaqlar  üçün gözəl şərait yaratdıqlarına görə Prezident İlham Əliyevə və  rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev  bağçanın açılışını bildirən qırmızı lenti kəsib və bağçaya baxış keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA