Bakıda daha bir polis-sürücü davası - Video

img

11-09-2015 [12:13]


Dünən Səbail rayonu ərazisində, M.F.Axundov adına kitabxananın qarşısında taksi sürücüsü ilə polis arasında insident baş verib.

İnsidentə səbəb taksi fəaliyyətilə məşğul olan sürücünün avtomobilinin qanunsuz olaraq evakuatorla cərimə meydançasına aparılması olub.

Sürücü avtomobilini saxlamaq üçün icazə verildiyi yerdə saxladığını, həm də avtomobilinin yanında olduğunu bildirir. Lakin Polis əməkdaşları bunlara məhəl qoymadan avtomobili cərimə meydançasına aparıb. Buna qarşı çıxan sürücüyə isə zor tətbiq olunub və ona qarşı nalayiq ifadələr işlədilib.

Hadisənin şahidi olanAzNews.az-ın əməkdaşı baş verənlərin bir qismini lentə ala bilib. Həmin videonu təqdim edirik:






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA