İlham Əliyev Astanada bayram tədbirində

img

11-09-2015 [12:01]


Bu gün Qazaxıstanın paytaxtı Astanada Qazax xanlığının 550 illiyi münasibəti ilə bayram tədbiri keçirilir.

AzVision.az qazax KİV-nə istinadən xəbər verir ki, mərasimdə bir sıra rəsmilər iştirak edir. Təntənəli mərasimdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, həmçinin onun azərbaycanlı və qırğız həmkarları İlham Əliyev və Almazbek Atamabayev də iştirak edib. 

Mərasim paytaxtın Müstəqillik Sarayında keçirilir. 

Tədbirdə həmçinin, Qazaxıstan hökumətinin üzvləri, deputatlar, şirkət rəhbərləri və digər şəxslər iştirak edir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA