Biləsuvarda ilk dəfə səs verəcək 1118 gənc seçici - Maarifləndirmə tədbiri (FOTOLAR)

img

10-09-2015 [17:51]


Bu gün Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ilk dəfə səs verəcək gənc seçicilər üçün maarifləndirmə tədbiri keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov,  66 saylı Biləsuvar Dairə Seçki Komissiyasının və Biləsuvar şəhər 4 saylı seçki məntəqəsinin səlahiyyətli mümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən  Biləsuvar rayon Gəncər və İdman İdarəsinin rəisi Aqşin Bağırov tədbirin mahiyyəti barədə məlumat verərək, deyib ki, 01 noyabr 2015-ci il tarixdə  Milli Məclisə keçiriləcək seçkilərdə rayon üzrə 1118 nəfər gənc ilk dəfə səs verəcəkdir:

"Odur ki, tədbiri keçirməkdə məqsədimiz gənc seçiciləri seçki qanunu və mərhələləri ilə tanış etməkdir.  Bütün siyasi kampaniyalarda olduğu kimi bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və rayonumuzda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töfhəsini verəcəklər.  Tədbirdə qeyd olundu ki, gənclər, xüsusilə də, ilk dəfə səs verənlər səsvermə hüquqlarını reallaşdırmalı, hətta, ətrafdakıları da bu prosesə cəlb etməlidir. Çünki seçki prosesi demokratiyanın, həm də daha çox bizim müstəqil varlığımızın göstəricisidir".

Maarifləndirmə tədbirində seçki qaydalarına dair videoçarx və slaydın təqdimatı keçirilib. Sonda 40 nəfər ilk dəfə səs verəcək gənc seçicilərlə simulyativ "seçki” prosesi sınaqdan çıxarılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA