Rövnəq Abdullayev özünə yeni müavinlər təyin etdi

img

10-09-2015 [17:32]


Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib.

Mia.az Modern.az-a istinadən xəbər verir ki, federasiyanın yeni vitse-prezidentləri "Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib.

Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elman Babayev isə federasiyanın baş katibi təyin edilib.

Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev bildirib ki, məqsəd Azərbaycan cüdosundakı mövcud probləmləri tezliklə aradan qaldırmaq, yaxşı nəticələr əldə etməkdir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA