«Ə, bozarma…» - Nəqliyyat qoçularından daha bir - VİDEO

img

10-09-2015 [12:47]


Sosial şəbəkələrdə nəqliyyat müfəttişi ilə sürücü arasında yaranmış mübahisəni əks etdirən video yayılıb.  «Opel» markalı, 99 CP 506 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü maşından düşürüb üstünə hücum edən nəqliyyat müfəttişi özünü əsl qoçu kimi aparıb. Müfəttiş ona etiraz edən sürücüyə «ə, bozarma» deyərək əli ilə vurub maşından uzaqlaşdırıb.

Ətrafdakılar bu mənzərəni sadəcə seyr ediblər. Bir nəfər isə baş verənləri telefonla çəkib. Həmin şəxs sonda naməlum şəxsin hücumuna məruz qalıb və çəkilişi davam etdirə bilməyib.

Avtosfer.az həmin görüntüləri təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA