10-09-2015 [12:39]
"Nəqliyyat Nazirliyinin səlahiyyətləri bir-bir əlindən alınır. Əslində, bu günə qədər "Azərbaycan Hava Yolları” QSC (AZAL), həmçinin Xəzər Dəniz Gəmiçiliyi formal olaraq nazirliyin balansındadır. Amma bu qurumlar faktiki olaraq Nəqliyyat Nazirliyinə tabe olmurlar".
Mia.az xəbər verir ki, modern.az saytının mövzu ilə bağlı hazırladığı yazıda bildirilir ki, yalnız bu günə qədər "Azərbaycan Dəmir Yolları” QSC və "Azəryolservis” ASC nazirliyə tabeçilik nümayiş etdirib. Ölkə mətbuatına istinad etsək, Cavid Qurbanovun "Azərbaycan Dəmir Yolları”na sədr gətirilməsi bu qurumun da faktiki nazirliyin tabeçiliyindən çıxmasından xəbər verir.
Nazirliyin nəzarətində və hazırda qeyri-müəyyən durumda olan "Azəryolservis”ə də rəhbər təyin edilməsi gözlənilən şəxsin bir sıra şərtlər irəli sürdüyü iddia edilir...
Beləcə "Azəryolservis” də əldən çıxır. Ümumən baxdıqda, nəqliyyata aid səlahiyyətlərin demək olar ki, çox hissəsi Nəqliyyat Nazirliyindən alınıb.
Ölkə Prezidentinin son günlər nəqliyyat sektoru ilə bağlı tənqidi fikirləri isə bu sahədə ciddi problemlərin olduğunu deməyə əsas verir. Prezident iki gün öncə keçirdiyi müşavirdə bildirib: "Nəqliyyat sektorunda da ciddi pozuntular var. İnsanları incidirlər, onların qarşısına əsassız tələblər qoyulur. Biz artıq bu sahənin bir hissəsini "ASAN xidmət”ə vermişik. Gələcəkdə də hər sahədə "ASAN xidmət”in standartları olmalıdır. Ona görə də gələn il hökuməti əlbəttə ki, böyük işlər gözləyir. Hökumət yeni situasiyada işləyəcəkdir. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir”.
Deyilənlərdən belə nəticə çıxarmaq olar ki, noyabrda parlament seçkilərindən sonra ciddi struktur islahatlarına başlanacağı gözlənilir. Artıq bunun anonsu rəsmi şəkildə səsləndirilib. Köklü dəyişikliklərin ediləcəyi nazirliklərin siyahısında ilk yerə məhz Nəqliyyat Nazirliyinin adının düşəcəyi proseslərin gedişindən açıq görünür.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli sayta deyib ki, ümumiyyətlə, nazirliklərin təsərrüfat fəaliyyəti ilə məşğul olması doğru deyil: "Yalnız Nəqliyyat Nazirliyində deyil, bütün nazirliklərdə islahatlar aparılmalıdır ki, onlar təsərrüfat fəaliyyəti ilə məşğul olmasınlar. Nazirliyin vəzifəsi öz sahələrinin strateji inkişafını, taktiki problemlərini həll etməsi ilə məhdudlaşdırılmalıdır.
Dünyanın bir çox ölkələrində nazirliklərin məhz bu funksiyası var. Həmin qurumlar bu sahənin 1, 5, 10 illik inkişaf proqramını hazırlayır və yön verməyə çalışır.
Əvvəllər Azərbaycanda belə praktika var idi ki, nazirliklər həm də kommersiya işləri qurur, qapalı səhmdar cəmiyyət yaradır və bu yolla həm də birbaşa öz sahələrinə aid olan kommersiya fəaliyyəti ilə məşğul olaraq, bir növ inhisarçılıq yaradırdı. Beləcə, rəqabətli mühiti xeyli dərəcədə aşağı salırdılar. Açığı, Nəqliyyat Nazirliyi ilə əlaqəli hər hansı siyasi qərar olub-olmayacağını bilmirəm. Amma olarsa da, onun səlahiyyətlərinin böyük bir hisəsinin kəsilməsi doğrudur və bu, gələcəkdə digər nazirliklərə də şamil olunmalıdır”.
İqtisadçı hesab edir ki, nazirliklərin biznesə müdaxiləsinin minimuma endirilməsi struktur islahatlarının əsasıdır: "Əslində avtobuslar, nəqliyyat sahələri şəhər bələdiyyələri tərəfindən idarə olunmalıdır. Məsələn, Nəqliyyat Nazirliyinin işlərindən biri böyük infrastruktur layihəsi həyata keçirildiyi zaman onun iqtisadi pasportunu hazırlamaqdır. Yəni layihə bitəndən sonra onun iqtisadiyyata nə qədər xeyri olacaq, mal dövriyyəsini nə qədər artıracaq, büdcəyə daxilolmalarda neçə faiz artım gözlənilir və s... Dünya ölkələrindəki nazirliklər məhz bu yöndə fəaliyyət göstərir.
Nazirlik istər açıq, istərsə də qapalı səhmdar cəmiyyətin təsisçisi olmamalıdır. Nəqliyyat Nazirliyi hər hansı qurumun təsisçisi olanda onun lobbiçiliyi ilə də məşğul olmuş olur. Və həmin qurumun daha çox irəli getməsinə, daha çox gəlir əldə etməsinə və ona daha çox vəsait ayrılmasına çalışır. Bu isə maraqların toqquşması və rəqabətli mühitə ciddi ziyan vurur. Nazirliklər biznesdən, kommersiyadan nə qədər uzaq olsalar, bir o qədər iqtisadi mühitin sağlamlaşmasına töhvə vermiş olar və yaxşı nəticələr əldə edilər”.
N.Cəfərli nazirliyin tabeliyində olan Nəqliyyat Müfəttişliyinin ləğv olunmasının vacibliyini də vurğulayıb: "Nəqliyyat Nazirliyinin balansında olan Nəqliyyat Müfəttişliyinin özü Azərbaycan qanunvericiliyinə zidd qurumdur. Nazirliyin yaratdığı qurum səhmdar cəmiyyət kimi fəaliyyət göstərir və onların qazancı sürücülərə yazılan cərimələrdən çıxır. Dövlət qapalı səhmdar cəmiyyətə cərimə yazmaq hüququnu verə bilməz. Ona görə də bu qurum özü ləğv olunmalıdır. Nəqliyyata nəzarət adlı qurum dövlət yol polisinin işinin bir hissəsini özünə götürür. Həm də nəzərə almaq lazımdır ki, sürücülərlə nəqliyyat müfəttişləri arasında mütəmadi olaraq narazılıqlar baş verir, qeyri-qanuni hərəkətlərə yol verirlər. Bütün bunlar göstərir ki, Nəqliyyat Nazirliyinin hələ də struktur islahatlarına ehtiyacı var. Hesab edirəm ki, onların əlində olan səlahiyyətlər daha çox azaldılmalıdır”.
Milli Məclisin deputatı Zahid Oruc da sayta açıqlamasında bu sahənin tənzimlənməyə ehtiyacı olduğunu deyib: "Təəssüf ki, bizdə müxtəlif qurumlardakı islahatlar dərhal şəxsi konteksdə qəbul olunur. Mən düşünmürəm ki, həyata keçirilən tədbirlər həmin nazirə qarşı münasibətin tərkib hissəsidir.
Həm taksi, həm də ictimai nəqliyyatın xidmətini elə səviyyədə qurmaq lazımdır ki, dövlət də yaratdığı şəraitə görə qanuni ödəmələri əldə edə bilsin. Narazılıqlar kifayət qədər çox oldu deyə, bir sıra islahatların həyata keçirilməsi labüdləşdi. Ən başlıca məsələ hər hansı qurumun özünə yaxın firma və şirkətləri meydana buraxmaqla digərlərini sıxışdırmaq deyil, qanunlar əsasında bərabər şəraiti təmin etməkdir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi