10-09-2015 [12:36]
2013-cü ildən beynəlxalq aləmə çıxmağa başlamış yazıçımız Varis Qarabağ həqiqətlərini dünya oxucusuna çatdırmaq missiyasını həyata keçirməyə çalışır. Qarabağ mövzusu, demək olar ki, yazıçının bütün roman və hekayələrinin içindən keçir.
Yazıçının İstanbulda dərc olunan, türkdilli ədəbiyyatın mütaliə edildiyi böyük coğrafi ərazidə (Türkiyə, Almaniya, Bosniya, Bolqarıstan, Şimali Kipr və d.) müvəffəqiyyətlə satılan, nüfuzlu «1000 kitap.com» portalının «Ən populyar kitablar» reytinqində müasir və klassik türk və dünya yazıçılarının 41000 adda kitabı arasında 56-cı pilləyə yüksələn, nüsxəsi hətta dünyanın ən böyük universitet kitabxanası olan Böyük Britaniyadakı Birminqem Universiteti fonduna daxil edilən «Son məktub» romanında epizodlarla erməni faşizminin Xocalıda törətdiyi tükürpədici vəhşiliklərdən bəhs edilir.
Yazıçının Rusiyanın ən böyük ədəbiyyat serveri hesab olunan, 4 milyondan artıq ədəbi nümunə bazasına malik Proza.ru serverində yerləşdirilmiş əsərlərində Azərbaycan - Ermənistan münaqişəsi barədə düşmən ölkənin yeritdiyi təbliğatın yalanlarının ifşa edilməsiylə rastlaşırıq. Bütün dünyaya 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrini özlərinə qarşı genosid kimi qələmə verməklə ermənilər gözə kül üfürməyə cəhd etsələr də «Əzilmiş fotoşəkillər» romanında əsl həqiqəti üzə çıxaran məqamlar var. Hadisələrin təşkilatçılarından və əsas icraçılarından birinin – Eduard Robertoviç Qriqoryanın milliyyətcə erməni olması, guya Azərbaycanda hüquqları taptanan, iqtisadi durumları ağır olan ermənilərin əslində azərbaycanlılardan daha firəvan yaşamaları (1988-ci ildə Azərbaycan SSR dövlət bankının Sumqayıt filialında əmanətlərin 21,6%-nin əhalinin cəmi 5,6%-ni təşkil edən ermənilərə məxsus olması, Sumqayıtda istismarda olan yeganə «Şkoda-1202» markalı 14-69 AQA dövlət nişanlı xarici avtomobilin erməni avtokrançı Sergey Akopyana məxsusluğu və s.) faktlarla ortaya qoyulmuşdur.
Yazıçının Torontoda nəşr edilən «Metamorfoza. Bir gecənin əhvalatı» romanında Mübariz İbrahimovun timsalında azərbaycanlı döyüşçülərin mərdliyi tərənnüm olunmuş, qəhrəmanımızı öldürdükdən sonra belə ondan qorxduqları üçün qollarını bağlayan ermənilərin miskinliyi əks olunmuşdur.
Bu günlərdə isə Ümumdünya Dağ Yəhudiləri Konqresinin rəsmi internet səhifəsi «Oxumaq üçün məsləhət görülən ədəbiyyat» böyümündə Varisin erməni-daşnakları tərəfindən 1918-ci ildə Qubada 4 mindən çox türkün, yüzlərlə ləzginin, yəhudinin amansızlıqla qətlə yetirildiyi soyqırımdan bəhs edən «Xrizantema dəstəsi» hekayəsini yerləşdirmişdir. Hekayənin yəhudi mənbəyi vasitəsi ilə dünyanın böyük oxucu auditoriyasına ünvanlanmasından bərk təşvişə düşən erməni dairələri hər gün rəylər bölümündə azərbaycanlıların və türklərin ermənilərə qarşı genosid həyata keçirdiyi barədə «maxpark», «salda» kimi portallardakı uydurma materialları iqtibas verməklə özlərini aciz duruma düşdüklərini etiraf etməkdədirlər.
Yazıçımız yaxın aylarda xarici ölkələrdə nəşr ediləcək yeni kitablarında da Qarabağ həqiqətlərini dünya oxucusuna çatdırmaq fikrindədir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi