Əmək Müfəttişliyi 1687 hüquq pozuntusu aşkar edib

img

10-09-2015 [11:51]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin avqust ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası istiqamətində DƏMX tərəfindən müvafiq tədbirlər görülüb. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub və həmin cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib.

Ümumilikdə işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, habelə işəgötürənlər arasında aparılan təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsi kimi, əmək qanunvericiliyinin pozulması hallarının sayı cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA