09-09-2015 [22:37]
Bu gün Müdafiə naziri Zakir Həsənov təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb.
Mia.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, hərbi hissəyə gələn Müdafiə Nazirliyinin rəhbər heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
Müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında məsuliyyətlə iştirak etdiklərinə, Vətənin müdafiəsi üçün yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkürünü bildirərək deyib:
"İlk növbədə Vətən, xalq qarşısında borcunuzu dərk edib çağırışla gəldiyinizə görə sizə minnətdarlığımı bildirirəm. 20 ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və sülh danışıqları heç bir nəticə vermir.
Azərbaycan dövləti daim öz ordusuna qayğı göstərərək gücünü gündən-günə artırır. Düşmənimiz birmənalı şəkildə bilməlidir ki, biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Danışıqlar bir nəticə verməzsə, gücümüzü göstərərək torpaqlarımızı işğaldan azad edəcəyik.
Təlimlərin ilk mərhələsini yüksək qiymətləndirərək şəxsi heyətin peşəkarlığını xüsusi qeyd etmək istərdim. Təlimlərə ehtiyatda olan hərbi vəzifəlilərin də cəlb olunmasının əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini müəyyən etməkdir. Biz buna böyük əhəmiyyət veririk. Çünki ehtiyatda olanlar ordunun bir hissəsi kimi qəbul olunur. Biz hamımız döyüşlərə hazır olmalıyıq. Bu gün biz sizinlə təlimləri poliqonlarda səhra şəraitində keçiririk. Döyüş atışları icra olunacaq. Döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün siz bu təlimlərdə ciddi iştirak etməlisiniz. Qarşıya qoyulan vəzifələri, verilən tapşırıqları dəqiq yerinə yetirməlisiniz, döyüşlərə hazır olmalısınız”.
Nazir əlavə edib ki, ehtiyatda olan hərbi vəzifəlilər bu təlimlərdə iştirak etməklə əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.
Müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.
Sonra Müdafiə naziri ehtiyatdan çağırılanların qəbulu, yoxlanması və hərbi hissələrə bölünməsi məntəqəsində idarə heyətinin fəaliyyəti, eləcə də şəxsi heyətin vəziyyəti, yeməkxana, yataq, tibb xidmətinin təşkili ilə maraqlanaraq tapşırıq və göstərişlərini verib.
Təlimlər sentyabrın 13-dək davam edəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi