Zakir Fərəcovdan xəbərdarlıq - "10 gün vaxt verirəm"

img

09-09-2015 [22:30]


Xəbər verdiyimiz kimi, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətində şəhərin idarə müəssisə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

Mia.az xeberle.com-a istinadən xəbər verir ki, müşavirəsində görülən işlərlə bağlı qısa hesabatla çıxış üçün növbəti söz Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayevə verilib.

O, qısa olaraq şəhər bələdiyyəsinin son vaxtlar gördüyü işlərindən danışıb. Lakin şəhər bələdiyyəsinin işi də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu qane etmədiyindən Əbülfəz Babayevi tənqid edib, bu bələdiyyəni 11 il əvvəl qoyub getdiyi bələdiyyədən ciddi şəkildə fərqləndiyini – gerilədiyini, bir sözlə əvvəlki müsbət imicin məhv edildiyini deyib:

"Əbülfəz müəllim, bu illərdə hansı ciddi iş görmüsünüz, hansı yolları təmir etmisiniz?! Mən şəhər bələdiyyəsində sədr olanda vəziyyət tam fərqli idi. Yəqin Abşeron rayonunda bələdiyyələrin şəraitindən xəbərdarsız, məsələn, Masazır bələdiyyəsinin özünün şəxsi ikimərtəbəli binası mövcuddur, amma sizdə isə...

Bağlar yolu, qəbiristanlıq yolu bərbad gündədir, 17, 18, 33 saylı marşrutların yolları dəhşət saçır, avtomobillər, avtobuslar o yollarda sınıq-salxaq olur. Bağların yollarında zibillik əlindən tərpənmək mümkün deyil. Nədənsə başlamaq lazımdır, məsələn, 18 saylı marşrut avtobusun yolundan başlayın. Sizə 10 gün vaxt verirəm bu yolun təmiri üçün”, - deyə icra başçısı bildirib.

Müşavirədə bildirilib ki, ən çox nöqsanların olduğu qurumlardan biri də Memarlıq və Şəhərsalma İdarəsidir. Zakir Fərəcov şəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, tikinti qaydalarının kobud şəkildə pozulduğunu, şəhərin estetik görünüşünün bərbad hala salındığını və tikintilərin şəhərin Baş planına uyğun olaraq aparılmadığını və nəhayət, bu özbaşınalığa şərait yaradanların ciddi şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA