Miqrasiya Xidməti ilə bağlı daha bir dəyişiklik- FƏRMAN

img

09-09-2015 [18:51]


Bu gün Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə də Fərman imzalayıb.

Mia.az xəbər verir ki, yeni fərmana əsasən "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı qərar verilib:

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 239; 2008, № 1, maddə 4, № 3, maddə 168, № 8, maddə 722, № 11, maddə 970; 2009, № 1, maddə 11, № 4, maddə 221, № 7, maddə 532, № 12, maddə 983; 2010, № 2, maddə 83, № 3, maddə 193, № 7, maddə 625; 2011, № 2, maddə 85, № 3, maddə 178, № 11, maddə 994; 2012, № 4, maddə 287; 2013, № 2, maddə 121, № 5, maddə 513, № 9, maddə 1044, № 12, maddə 1551; 2014, № 9, maddə 1063; 2015, № 2, maddə 119) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 9.7-2-ci bəndə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra "və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 9.17-3-cü və 9.20-2-ci bəndlər əlavə edilsin:

"9.17-3. qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətini təşkil etmək və onların idarə olunmasını, o cümlədən həmin mərkəzlərdə rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etmək;”

"9.20-2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini və saxlanılmasını təmin etmək;”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA