09-09-2015 [16:51]
EVRASCON (keçmiş "Azərkörpütikinti” ASC) şirkətinin Azərbaycanla yanaşı xarici ölkələrdəki layihələri də bir-birinin ardınca iflasa uğrayır.
Baş nazirin müavini Abid Şərifovun ailə şirkəti kimi tanınan EVRASCON şirkəti Moldovada iri yol-nəqliyyat infrastrukturu layihəsindən kənarlaşdırılıb. Üstəlik şirkətə böyük məbləğdə cərimə kəsilib.
Moldova mənbələrinin xəbərlərinə görə bu ölkənin Nəqliyyat Nazirliyi Azərbaycanın EVRASCON və Çexiyanın OHL şirkətləri ilə Kişnyov-Unqena trasının yenidən qurulmasına dair müqavilələri pozmaq qərarına gəlib. Buna səbəb podratçıların işi gecikdirməsidir.
Yolun yenidən qurulması və genişləndirilməsi layihəsinə dair müqavilə ötən ilin iyul ayında imzalansa da podratçılar işlərin cəmi 5 faizini yerinə yetiriblər. Hansı ki, indiyə qədər təmir-tikinti işlərinin azı 50 faizi görülməli idi.
Nəqliyyat naziri Yuri Kirinçuk bildirib ki, o, podratçılarla müqavilələrin pozulmasına qərar verib. Bu ilin sonuna qədər yeni tender keçiriləcək və qalib şirkətlər gələn ilin yazından yarımçıq qalmış işi davam etdirə biləcəklər. Nazirin sözlərinə görə, yeni podratçılar qarşısında tikintini cəmi bir il ərzində yekunlaşdırmaq tələbi qoyulacaq.
Yuri Kirinçuk deyib ki, Azərbaycan və Çexiya şirkətlərinə müqavilə öhdəliklərinə əməl etmədiklərinə görə dəfələrlə xəbərdarlıq edilib. Payıza qədər şirkətlər Nəqliyyat Nazirliyinə işlərin qrafikinə dair plan təqdim etməli idilər.
Lakin işlərin sürətləndirilməsini nəzərdə tutan plan təqdim olunmayıb. İndi bu şirkətlər hər gecikən günə görə 23 min avro cərimə ödəməli olacaqlar. Bu isə milyonlarla avro deməkdir.
Moldovada Kişinyov-Unqena-Skulyan trasının (R1) yenidən qurulması işləri ötən il avqustun 20-də başlayıb. Uzunluğu 100 kilometr olan trassın yenidən qurulması işlərinin başlanması mərasiminə o vaxtkı baş nazir Yuri Lyanke də qatılmışdı.
"R1 trassı Moldova iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan şirkəti 400-ə yaxın iş yeri yaradacaq, orada ixtisaslı fəhlələr yüksək əməkhaqqı alacaqlar”-Lyanke mərasimdə bildirib.
Müqaviləyə əsasən EVRASCON şirkəti yolun iki hissəsinin (6-24 və 74-96 kilometrlər arasında) tikintisini həyata keçirməli idi. Birinci hissədə yol dördzolaqlıya qədər genişləndirilməli, körpülər və yanaşma yolları yenidən qurulmalıydı. Bu işlərin həcmi 25 milyon avro idi.
Layihənin smeta dəyəri isə 80 milyon avrodur və Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir. O vaxt Moldova mətbuatı yazırdı ki, Azərbaycan şirkəti keçmiş prezident Vladimir Voroninlə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov arasında qudalıq münasibətləri sayəsində bu tenderi udub.
Məlum olduğu kimi, Musa Pənahovun oğlu Voroninin nəvəsi ilə evlənib.
Lakin indi Azərbaycan oliqarxının nəhəng tikinti şirkətinin işləri düz getmir və Moldovada 25 milyon avroluq müqavilə şirkətin əlindən alınır. Üstəlik tikintini gecikdirdiyi hər gün üçün 23 min avro cərimə ödəməyə məhkum edilir.
Xəbər verdiyimiz kimi, EVRASCON şirkəti hazırda Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsinin tikintisində podratçıdır və aylardır fəhlələrin pulunu vermir. Nəticədə bu gün 400-ə yaxın fəhlə etiraz olaraq yolu bağlayıb.
Şirkətin kreditor borcları 235 milyon avrodur. EVRASCON şirkəti Qazaxıstanda da problemlə üzləşib. Bir müddət əvvəl şirkət Qazaxıstandakı yol layihəsində 15 milyon dollar zərər edib. Daha sonra məlum olub ki, EVRASCON şirkətinin Azərbaycandan olan işçiləri Qazaxıstanda aylardır əmək haqları almır, üstəlik rəsmi iş icazəsi olmadan işlədilir və bu ölkənin Miqrasiya Xidməti tərəfindən cərimələnir. (Virtualaz.org)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi