09-09-2015 [15:12]
Azərbaycanda gələcək illərdə ali məktəblərə qəbul müsabiqəsində iştirak etmək üçün tələb olunan keçid balının yüksəldiləcəyi gözlənilir.
Mia.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin (TN) İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehli deyib.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul müsabiqəsində iştirak və ixtisas seçiminə buraxılmaq üçün tələb olunan bal həddi bütün ixtisas qrupları üzrə (yalnız kənd təsərrüfatı ixtisasları üzrə bal həddi 150 olub) Təhsil Nazirliyinin təklifi ilə 200-dən aşağı endirilmədi. TN növbəti illərdə bu bal həddinin daha da artırılması təklifi ilə çıxış etməyi nəzərdə tutur.
C.Valehli bildirib ki, bu il bal həddinin 200-dən aşağı endirilməməsi məsələsinə texniki yenilik kimi yanaşılmalı deyil. Bal həddinin artırılması ali təhsildə keyfiyyətin yüksəldilməsinə, əmək bazarına daha hazırlıqlı mütəxəssislərin çıxmasına imkan yaradacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bildirib ki, müsabiqədə iştirak üçün tələb olunan bal həddinin 200-dən aşağı salınmamasının hansı müsbət nəticələr verəcəyini indidən demək çətin olsa da, bu, əmək bazarı üçün daha yaxşı mütəxəssis hazırlığına yardım edəcək.
Təhsil üzrə ekspert Şahlar Əsgərov da bal həddinin daha da artırılmasını təklif edir. Onun sözlərinə görə, 200-dən aşağı bal toplayan abituriyentlərin ali məktəblərə qəbul olunmaması əslində, normal bir haldır: "Amma yaxşı olardı ki, bu bal 200-dən də yüksək olsun. 5 ballıq qiymətləndirmə sistemi ilə müqayisə etsək, qəbul imtahanlarında toplanılan 700 bal "beş”ə, 560 bal "dörd”ə, 420 bal "üç”ə, 280 bal "iki”yə uyğundur. İndiyə qədər 200-dən də aşağı bal toplayan abituriyentlər ali məktəblərə qəbul olunub. Bu, zərərli haldır. Bal həddinin 200-ə qaldırılmasının özü artıq yaxşı bir işdir, amma yaxşı olardı ki, bal 200-dən, 300-dən də yüksək olsun”.
Ş.Əsgərov ümid edir ki, Təhsil Nazirliyi gələcəkdə bu bal həddinin daha da qaldırılması təklifi ilə çıxış edəcək: "Ali məktəbdən fərqli olaraq, orta məktəbdə dərslərin səviyyəsi aşağı olur. Bilik səviyyəsi az olan insanlar o mühazirələri başa düşmürlər. Deməli, orta məktəbi qurtarmış savadsız məzun ali məktəbi də savadsız olaraq qurtarırdı. Amma indi bal həddinin 200-ə qaldırılmasının özü ali məktəbdə oxuyan insanların kifayət qədər bilik toplamasını zəruri edir”.
Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov da bildirib ki, növbəti illərdə də ali məktəblərə qəbul üçün minimal balların artırılması lazımdır.
Onun fikrincə, bəzi ixtisaslar üzrə minimal balların hətta 300-350-yə qaldırılması lazımdır: "Bu, tədricən həll edilməlidir. Bu addımları dəstəkləyirəm”.
Bu il ilk dəfə olaraq, 200-dən az bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmamasının alqışlanan hal olduğunu deyən rektor bu məsələnin keyfiyyətli kadr hazırlığına öz təsirini göstərəcəyini də söyləyib: "200 bal toplayan abituriyentlərin səviyyəsi aşağı olur. Ona görə də bu il bir necə ixtisas üçün minimal balı 250, kompüter elmləri ixtisasında isə hətta 300 bal etmişik. Bunlar müasir texnologiyalara xidmət edən sahələrdir. Gərək bu ixtisaslar üzrə hazırlanan mütəxəssislər yüksək hazırlığa malik olsun, proqramı qəbul edə bilsinlər. Abituriyentlər biləcəklər ki, ali məktəblərə qəbul üçün ciddi hazırlaşmaq lazımdır”.
H.Məmmədov hesab edir ki, bu yeniliyin tətbiqi keyfiyyətli kadr hazırlığına müsbət təsir göstərməklə yanaşı, tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə də yaxşı təsir göstərəcək.
Rektorun sözlərinə görə, bu gün bəzi tələbələrin zəif oxumasının əsas səbəbi onların ali məktəblərə aşağı balla qəbul olunmasıdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi