Mikayıl Cabbarovdan sərəncam; Məktəbdə “moyka” açan direktorun yerinə təyinat

img

09-09-2015 [14:40]


Yasamal rayonundakı 158 saylı orta məktəbə yeni direktor təyin olunub.

Təhsil naziri Mikayıl Cabbarovun sərəncamı ilə Mehriban Ələkbərova 158 saylı orta məkətəbə direktor postuna gətirilib. Məktəbdən verilən məlumata görə, Mehriban Ələkbərova dünəndən işinin icrasına başlayıb.

Qeyd edək ki, avqustun 11-də məktəbin əvvəlki direktoru Zemfira Səmədova tutduğu vəzifəsindən azad olunub. Onun işinə nazirlik məktəbdə yoxlama apardıqdan sonra xitam verilib.

Mətbuatda yazılan məlumatlara görə, Z.Səmədova 2013-cü ilə qədər məktəbin təmirsiz hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA