Sumqayıta yeni rəis gəldi - Kadr dəyişikliyi

img

09-09-2015 [13:32]


Sumqayıt Su-Kanal İdarəsinin rəisi Həmdulla Əliyev vəzifəsindən azad olunub. Artıq Sumqayıt Su-Kanal İdarəsinə yeni rəis təyin olunub. Belə ki, idarənin yeni rəisi Darvin Hüseynov təyin olunub.

Qeyd edək ki, 2013-cü ildə "Sumqayıt Su-Kanal” Törəmə Səhmdar Cəmiyyətinin rəhbərliyi demək olar tam olaraq dəyişdirilmişdi. Sabiq rəis Əhliman Mansurov, birinci müavini Darvin Hüseynov tutduqları vəzifədən uzaqlaşdırılmışdı. Bir müddət Bakıda çalışan Darvin Hüseynov bu gündən etibarən Sumqayıt Su-Kanal İdarəsinə rəhbərlik edəcək.

Onu da bildirək ki, son zamanlar əhalinin narazılıq etdiyi qurumlardan biri də məhz Sumqayıt Su-Kanal İdarəsi idi.(sumqayitxeber.com)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA