09-09-2015 [12:48]
"Bir həftədir ki, normal fəaliyyət göstərməyə imkan vermirlər. Biz kibercinayətlə üz-üzə qalmışıq”.
Bu sözləri Strateq.az-a açıqlamasında Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli bildirib. Onun sözlərinə görə, saytın texniki heyəti bu məsələni araşdırdıqdan sonra məlum olub ki, sayt DDOS deyilən bir hücuma məruz qalıb:
"Hücumun kimin tərəfindən və ya hansı yazılara görə edildiyini hələlik dəqiqləşdirə bilməmişik, ancaq bu istiqamətdə iş aparılır. Qeyd edim ki, biz ötən il də bənzər hücuma məruz qaldıq və nəticədə saytın bazasında olan bütün yazıları itirdik”.
"Hücumun kim tərəfindən edilməsi ilə bağlı ilkin ehtimallarınız varmı” sualına baş redaktor belə cavab verdi:
"Bu olduqca ciddi məsələdir. Kibercinayətkarlıq hazırda bütün dünyanı narahat edən problemdir və xüsusilə ağır cinayət növü kimi təsnifatlandırılır. Bu baxımdan da, kimisə ehtimal əsasında bu əməldə təqsirli saymaq bir qədər ağır ittiham olar. Üzləşdiyimiz problemin daha dəqiq araşdırılması üçün biz dövlətin əlaqədar qurumlarından kömək gözləyirik. Bununla bağlı rəsmi şəkildə müraciət etməyi də planlaşdırırıq”.
Məhəmmədəli Qəribli Azinforum.az-ın daima milli və dövləti maraqları qoruyan bir resurs kimi fəaliyət göstərdiyini bildirdi:
"Təbiidir ki, məmur özbaşınalıqlarına dair faktlar, müəyyən sahələri əhatə edən neqativliklər də tərəfimizdə sərt tənqid edilirdi. Bu baxımdan da, fəaliyyətimiz kimlərinsə xoşuna gəlməyə bilər və biz bu halı təbii qəbul edirik. Ancaq seçilən yol normal mübarizə üsulu sayılmır. Tam qanun çərçivəsində fəaliyyət göstərdiyimiz səbəbindən bizimlə yalnız qanuni üsullarla mübarizə aparıla bilər. Seçilən bu cinayət yolu, eyni zamanda, ölkənin informasiya təhlükəsizliyilə bağlı imicinə də mənfi təsir göstərir. Biz bu "özfəaliyyətin” dayandırılmasını tələb edirik”.
Sonda M.Qəribli jurnalist həmkarları və Mətbuat Şurasından da məsələni diqqətdə saxlamağı xahiş etdi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi