Sumqayıt təhsil şöbəsinin müdiri işdən çıxarıldı

img

09-09-2015 [12:03]


Bu dəqiqələrdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirə keçirir. Müşavirə zamanı Sumqayıt şəhər təhsilində vəziyyətin ürəkaçan olmadığı bildirilib. 

Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar:"Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq."
Onun yerinə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, "Əməkdar müəllim" Əhmədov Nizami Hüseyn oğlunun təyin olunacağı gözlənilir.
Xeberle.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA