Sabiq deputatın rəhbərlik etdiyi qurumda özbaşınalıq - Şikayət

img

08-09-2015 [17:24]


«Azkontrakt» Dövlət Korporasiyasının «Azərmetal» Topdansatış Müəssisəsi həmkarlar təşkilatının sədri sabiq sədri Tamara İbrahimova «Balansinfo.az»a yeni bir müraciət göndərib. 

Müraciət «Azkontrakt» Dövlət Korporasiyasının sədri Miri Qəmbərova ünvanlansa da, sədr müavini əvəzi Güləddin Dadaşov adlı şəxsin qanunsuz əməlləri, görünməmiş pul maxinasiyaları və korrupsiya əməlləri qeyd olunur.

Müraciətdə deyilir:

Vəzifəli şəxsdən Miri Qəmbərova ŞOK MÜRACİƏT

«Hörmətli Miri müəllim, mən-«Azərmetal» Topdansatış Müəssisəsi həmkarlar təşkilatının sədri Tamara İbrahimova, kollektivimiz adından Sizə müraciət edirəm: Müəssisə kollektivi adından nəzərinizə çatdırmaq istəyirəm ki, sədr müavini əvəzi olan Güləddin Dadaşovun təxribat xarakterli fəaliyyəti nəticəsində müəssisəmizin işçiləri nəinki bir ildən çoxdur əmək haqqı almır, həmçinin müəssisə dövlət büdcəsi qarşısında digər öhdəliklərini yerinə yetirməkdən məhrum edilmişdir. Belə ki, «Azərmetal» TM-nə Dövlət Neft Şirkətinin hesabından bank vasitəsi ilə 2013-cü ildə ödənilmiş 574 min manat pul vəsaiti Güləddin Dadaşovun bizə məlum olan niyyəti səbəbindən idarənin rəisi Ş.Abbasov məzuniyyətdə olduğu müddətdə onun direktor əvəzi olmuş Məhərrəm Bağırova verdiyi xüsusi tapşırığı əsasında «Azkontrakt» DK-nin hesabına köçürülmüşdür. Həmin vəsaitin yalnız 33 min 760 manatı idarəmizin hesabına mədaxil edilmiş, qalan vəsait isə hissə-hissə idarənin hesabına daxil olan kimi Güləddin Dadaşovun tapşırığı ilə yenidən «Azkontrakt» DK-nın hesabına mədaxil olunmuşdur. Ən dəhşətlisi budur ki, Güləddin Dadaşov həmin məbləğdən biz işçilərə əmək haqqına ayrılmış pul vəsaitlərinin (40 faiz) hissəsini işçilərə vermək adı ilə əmək haqqı cədvəlinə əvvəlcə bizə imza atdırmış, lakin bu işçilərin də az bir hissəsinə bu vəsaitin yalnız cüzi məbləğini, özü də öz xidməti kabinetində özü tərəfindən paylamışdır. Həmin işçilərin G.Dadaşovun bu ölçüyə sığmayan qanunsuzluq və cinayət əməli barədə izahatlarını ayrıca təqdim etməyə hazıram. Bildiyiniz kimi, Güləddin Dadaşovun həmin pul vəsaitlərini necə talamasını və xərcləməsini sübut edən və öz əl xətti ilə yazılmış korrupsiya siyahısı idarəmizin rəisi Ş.Abbasov tərəfindən Sizə təqdim edilmişdir. Axı necə ola bilər ki, idarəmizin kassası ola-ola, Güləddin Dadaşov bizim işçilərə (və kənara şəxslərə də) çatası əmək haqqını, özü də yarıqat edərək özü tərəfindən kassir kimi verilmişdir. Biz imzaladığımız məbləğin isə cüzi bir hissəsini almışıq. Çünki G.Dadaşov bizi aldadaraq bildirdi ki, səbrli olun, hamısını alacaqsınız. Amma bu günə kimi verməmişdir. 

Bundan əlavə, Güləddin Dadaşov, Sizə də məlum olduğu kimi, şantaj xarakterli «Xidməti məktub» yazaraq idarənin rəisi Şahin Abbasovun əsassız olaraq işdən çıxarılmasına nail olmuşdur. Halbuki o, qəsdən həmin «Xidməti məktub»da rəisin guya idarənin çöl hasar hissəsindəki süni üzlük materialın dəyişdirilməsi barədə Nizami RİH və Sizin tərəfinizdən ona verilmiş tapşırıqları yerinə yetirməkdən imtina etdiyimi göstərmişdir. Lakin sonradan Ş.Abbasovun Nizami RİH rəhbərliyinə vermiş olduğu sorğuya rəsmi cavab məktubunda və idarə işçilərinin izahatları əsasında tərtib edilmiş Aktda G.Dadaşovun bu iddiası rəsmən təkzib edilmiş, yalan və böhtan olduğu ortaya çıxmışdır. Bu sənədlər Ş.Abbasov tərəfindən artıq Sizə təqdim edilmişdir.

Hörmətli Miri müəllim! 

Göründüyü kimi, G.Dadaşov bütün cəhdləri ilə idarəmizin rəhbərinə və kollektivimizə qarşı qərəzli olmuşdur və onun bu hərəkəti kollektivdə ciddi etirazla qarşılanmaqdadır. Bunları nəzərə alaraq, xahiş edirik, Güləddin Dadaşovun ciddi cəzalandırılmasına və rəisimiz Ş.Abbasovun əvvəlki işinə bərpa olunmasına cərəncam verəsiniz». 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA