Bağlanan universitetin rektoru danışdı: “Müvəqqətidi...”

img

08-09-2015 [14:51]


"Bakı Asiya Universiteti mənim Təhsil Nazirliyinə müraciətim nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb”.

Bunu AzNews.az –a açıqlamasında Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev deyib.

O, bildirib ki, müraciətin əsas səbəbi universitetdə təhsil alan tələbələrin sayının azlıq təşkil etməsidir: "Şöbələr, qəbul planı və tələbələr az idi. Gələcəyə qəbul planını artırmaq lazımdır. Hazırda 270 tələbə təhsil alır. Ümid edək ki, gələcəyə bu sıxıntı aradan qaldırılacaq. Tələbələrin sayı artdığı təqdirdə universitet fəaliyyətini bərpa edəcək”.

Xatırladaq ki, Bakı Asiya Universiteti fəaliyyətinin dayandırması haqqında məlumat bu gün yayılıb. Hazırda orada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA