Heydər Əsədov xidmət rəisini "vurdu" - Nazirlikdə ciddi dəyişiklik oldu (Yenilənib)

img

08-09-2015 [11:49]


Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovanı vəzifəsindən azad edib.

Bu barədə Mia.az-a nazirlikdən məlumat daxil olub. Bildirilir ki, nazirin digər əmi ilə azad edilən xidmət rəisinin yerinə müavini Azər Süleymanov gətirilib. 

Məllumatda qeyd olunur ki, dəyişikliik gün ərzində rəsmi şəkildə açıqlanacaq.

****

Günün 2-ci yarısında nazirlik Mia.az-ın xəbərini təsdiq edən rəsmi açıqlama yayıb.

Açıqlamada bildirlir ki, Kənd təsərrüfatı nazirinin müvafiq əmri ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova öz ərizəsinə əsasən vəzifəsindən azad edilərək Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin müavini Azər İdris oğlu Süleymanova həvalə edilib. Nazirliyin digər əmri ilə Sumqayıt Şəhər Baytarlıq İdarəsinin rəisi Söhrab Əliyev tutduğu vəzifədən azad edilib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA