07-09-2015 [16:20]
Azərbaycan Prezidenti İlham Əliyev akademik Ağamusa Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mia.az xəbər verir ki, nekroloq mətnində deyilir:
"Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov 2015-ci il sentyabrın 5-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Ağamusa Axundov 1932-ci il fevral ayının 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1955–1958-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində başlayan Ağamusa Axundov 1990-cı ilədək burada müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutmuşdur. Universitetdə çalışmaqla yanaşı o, 1959–1965-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunda ikinci ali təhsil almışdır.
Ağamusa Axundov 1990-cı ildən 2011-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru və eyni zamanda 2001–2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi işləmişdir. O, 2011-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri olmuşdur.
Ağamusa Axundov 1958-ci ildə filologiya elmləri üzrə namizədlik, 1964-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1967-ci ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Ağamusa Axundov uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr vermişdir. Dünya dilçilik və ədəbiyyatşünaslıq fikrinə dərindən bələd olan, geniş erudisiyaya malik nüfuzlu alimin Azərbaycan filologiyası sahəsində tədqiqatların bir çox istiqamətlərinin müəyyənləşdirilməsi və elmin müasir tələbləri səviyyəsinə yüksəldilməsində müstəsna xidmətləri vardır. Dilə xalqın özünüdərkinin atributu kimi yanaşan alim dövlət müstəqilliyinin bərpasından sonra yeni şəraitdə ölkədəki milli dil quruculuğu proseslərinin fəal iştirakçısı idi.
Azərbaycan dilinin fonemlər sisteminə dair ilk mükəmməl əsərin müəllifi Ağamusa Axundov elm aləmində dilçiliyin bütün sahələri üzrə fundamental araşdırmaları ilə tanınırdı. Onun qrammatika, nəzəri dilçilik, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya, üslubiyyat və nitq mədəniyyəti ilə bağlı ən müxtəlif aktual problemlərin yüksək nəzəri-metodoloji şərhini və dolğun həllini tapmış əsərləri elmi ictimaiyyət tərəfindən daim rəğbətlə qarşılanmışdır. Türk dillərinin səs quruluşu və təbiətindən irəli gələn bəzi səciyyəvi qanunauyğunluqların üzə çıxarılması Ağamusa Axundovun əsas elmi nailiyyətləri sırasındadır. Onun iyirmi ildən artıq baş redaktor olduğu dövrdə beynəlxalq "Türkologiya” jurnalı öz nüfuzunu daha da artmışdır.
Ağamusa Axundovun ədəbiyyatşünaslıq sahəsində çoxsaylı tədqiqatları müasir ədəbi prosesin nəzəri məsələləri baxımından aktuallığı ilə səciyyələnir.
Öz elmi yaradıcılığını səmərəli pedaqoji fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmaqla Ağamusa Axundov uzun bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Alimin yetirmələri bu gün ölkənin elmi-mədəni həyatında uğurla çalışırlar.
Ağamusa Axundovun çoxillik axtarışlarının nəticələri ölkədə və onun hüdudlarından kənarda 500-dən çox elmi əsərdə, 30-dan artıq kitabda, monoqrafiya və dərsliklərdə əksini tapmışdır. Alimin rəhbərliyi ilə 40-dək fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. İştirakçısı olduğu mötəbər beynəlxalq simpozium, konfrans və forumlarda konseptual xarakterli çıxışları ilə Ağamusa Axundov Azərbaycan elminə şöhrət qazandırmışdır. O, 1965–1966-cı illərdə Misirə ezam edilərək Qahirənin Eyn-Şəms Universitetində Azərbaycan dili və ədəbiyyatından mühazirələr oxumuşdur.
Akademik Ağamusa Axundovun Azərbaycan dilçiliyi sahəsində mühüm xidmətləri və səmərəli elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1986-cı ildə "Azərbaycan dilinin fonetikası” əsərinə görə Dövlət Mükafatına layiq görülmüş, 2000-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət” ordeni ilə təltif edilmişdir.
Görkəmli elm xadimi, əsil ziyalı, mahir pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Ağamusa Ağası oğlu Axundovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Kamal Abdullayev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
İbrahim Quliyev
İsa Həbibbəyli
Tofiq Nağıyev
İsmayıl Hacıyev
Nizami Cəfərov
Abel Məhərrəmov
Vasim Məmmədəliyev
Teymur Kərimli
Nailə Vəlixanlı
Rafael Hüseynov.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi