Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

07-09-2015 [15:13]


Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə dağlıq ərazilərdə şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən şərq küləyi əsəcək. 
Havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA