07-09-2015 [13:54]
Ötən ilin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri Nəsimi rayonu üçün əsl sensasiya sayıla bilər. İndi gözlər rayona yeni təyin edilən icra başçısı Asif Əsgərovun rayonun yeganə bələdiyyəsini "ailə podratı"na çevirənlərə qarşı necə münasibət sərgiləyəcəyinə yöönəlib.
Mia.az xəbər verir kii, bu barədə «Reytinq» qəzetinə bələdiyyə üzvlərindən biri məlumat verib. Onun sözlərinə görə, rayon bələdiyyəsinə keçirilən seçkidə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nazim Qaraxanova «yaşlı işıq» yandırılması təkcə rayonun bəzi rəhbər şəxsləri, sakinləri üçün deyil, həm də keçmiş bələdiyyə sədrinin də qara günlərinin başlamasına rəvac verib:
«Nazim Qaraxanov uzun illər işlədiyi komitənin şöbə müdiri vəzifəsini buraxıb, bələdiyyəyə gəlməsi təsadüfi deyil. Hamı bilir ki, Nəsimi bələdiyyəsi Bakının ən pulu bələdiyyələrindən biridir. Dolayısı ilə 68 rayon və şəhər statuslu icra başçılarının əksəriyyətindən «yağlı» vəzifə sayılır. Təsadüfi deyil ki, Nazim Qaraxanov bu posta o qədər can atıb ki, hətta namizədliyini verərkən də gələcək planını əvvəlcədən tərtib edib. Diqqət edin, hazırkı sədrlə yanaşı, bələdiyyə üzvlüyünə onun nə az, nə çox, düz 6 yaxın qohumu da namizədliyini irəli sürüb. Daha dəqiqi, Nazim Qaraxanovun qohumları da seçkidən qalib çıxıblar. Əlbəttə, bunun plansız olmasını iddia etmək gülünc görünər. Məsələnin digər maraqlı tərəfi isə odur ki, onların Nəsimi rayonu ərazisində hansı xidmətlərinin olduğu, camaatın arasında nə kimi nüfuzu olması ciddi dartışılmalı mövzu olsa da, yeni sədr nəniki özünün, hətta qohumlarının da qalibiyyətini zamanında təmin etdirə bilib. Bəli, o, qohumlarını planlı şəkildə ətrafına toplamağı prosesin başında bacarıb. Üstəlik, 6 üzv qohumunu bələdiyyədə müxtəlif vəzifələrə təyin edib. Bununla yetinməyən Qaraxanov hətta kənardan da özünə yaxın şəxsləri bələdiyyəyə gətirərək, işlə təmin edib. Elə bələdiyyənin vergi şöbəsinin rəisi Tərlanın kimliyini araşdırsanız, nə demək istədiyim aydınlaşacaq».

Nazim İbrahimov
Mənbə bildirir ki, ötən 8 ay ərzində çoxları rayon bələdiyyəsinin ötən həftə vəzifəsini itirən sabiq icra başçısı Nəsib Məhəməliyevin tam nəzarətində olduğunu düşünüb. Lakin bu fakt dəqiq deyil:
"Bu bələdiyyə komitə sədri Nazim İbrahimovun və onun kadrının tam nəzarətindədir. İş o yerə çatıb ki, Nazim Qaraxanov sədr seçildikdən dərhal sonra sələfi Asif Qurbanovun fəaliyyətini dərindən yoxlatdırmağa başlayıb. İcra müqavilələri, bələdiyyəyə daxil olan vəsaitlərin təyinatı və digər təftiş materialları isə keçmiş sədrə qarşı təkcə kompromat kimi də istifadə olunmayıb. Yeni sədr bu prosesə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdlarəsini də cəlb etməklə, sələfinə daha sarsıdıcı zərbə vurub. Hazırda bələdiyyənin keçmiş rəhbərliyinin, o cümlədən sabiq sədr Asif Qurbanovun həbsi də gündəmdədir. Yaranmış qarışıq durum isə yeni sədrin «qol-qanadı»nı ciddi şəkildə açıb. Bu, eyni zamanda bir neçə gün əvvəl vəzifəsindən azad edilən rayonun icra başçısı Nəsib Məhəməliyevə meydan oxumaq idi. Necə ki, Qaraxanov və qohumlarının seçimi icra başçısının iradəsindən kənar baş vermişdi”.
Müsahibimiz deyir ki, yeni sədr hamilərinə o qədər arxayındır ki, İcra Hakimiyyətinin digər məsul şəxslərinə də meydan oxuyur:
Nazim Qaraxanov YAP Nəsimi rayon təşkilatının aparat rəhbəri ilə!
«Elə keçmiş sədr Asif Qurbanovun İcra Hakimiyyətinin şöbə müdiri Zahid Xəlillovun bacanağı olması və Nazim Qaraxanovun da ötən 8 ayda sələfini təftiş etdirərək, həbsinə yol açmasını xatırlatmaqla, bunu anlamaq olar. Mənim müşahidələrimə görə, Nazim Qaraxanovun İcra Hakimiyyətində yeganə ehtiyat etdiyi şəxs Nəsib Məhəməliyevin müavini Anar Tağıyevdir. Yəqin Anar Tağıyev Sumqayıtın sabiq, Səbailin isə yeni icra başçısı Eldar Əzizovun kürəkəni olduğundan ondan ehtiyat edirlər. Maraqlıdır, görəsən rayona yeni təyin edilən icra başçısı Asif Əsgərov Nazim Qaraxanova yerini göstərə biləcəkmi?!».

Eldar Əzizov
Bu bələdiyyəyə vaxtı ilə məşhur "91-lər Hərəkatı"nın üzvlərindən Əziz Axundovun rəhbərlik etdiyini də sözlərinə əlavə edən müsahibimiz deyir ki, bələdiyyənin hazırkı 19 üzvündən hansının dövlətə, hakimiyyətə və millətə xidmətinin nədən ibarət olmasını da araşdırmaq mütləqdir:
«Qeyd etdiyim kimi, yeni üzvlərin 6-sı Nazim Qaraxanovun yaxın qohumlarıdır. Diqqət edin, Samir Əliyev kürəkəni, Solmaz Salmanova baldızı, Əhməd Həsənov bacanağıdır. Nailə Bağırova, Elnarə Əliyeva da çox yaxın qohumlarıdır. Bu fakt bələdiyyənin əslində rayon deyil, "ailə bələdiyyəsi” olduğunu göstərir. Sözsüz ki, bu fakt yeni sədrin bələdiyyədə ciddi məsələlərdə «əl»in çox qüvvətləndirir».
Yeri gəlmişkən, mənbə yeni icra başçısı A.Əsgərovun gəlişindən sonra rayonda cərəyan edən digər maraqlı fakt və söhbətləri də danışıb. Bu və ya digər məqamlara araşdrımamız davam edəcək.
Qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi