Bu gün sizi nələr gözləyir? - Bürclər

img

07-09-2015 [09:00]


QOÇ - Maliyyə problemlərinizin artmasından narahat olmayın. Çünki bu gündən büdcənizdə kifayət qədər irəliləyiş olacaq. Bugünkü vaxtınızı isə bütünlüklə dua və ibadətə həsr edin.

BUĞA - Qəlbən darıxdığınız bir neçə şəxslə rastlaşacağınız gözlənilir. Bu bölümə əsasən qohumluq və dostluq görüşləri şamildir. Öz gücünüzə güvənin. Bu gün uzaq yola çıxmaqdan vaz keçin.

ƏKİZLƏR - Bəri başdan yeni və riskli işlərinizi təxirə salmağa çalışın. Saat 15-ə qədər vaxtınızı adi işlərə həsr edin. Yoxsa xoşagəlməz olaylar baş verəcək. Sonrakı müddətdə aktivləşmək olar.

XƏRÇƏNG - Yeni əlaqələrə başlamaq üçün ideal gündür. Müştərək fəaliyyətdə uğurlara yetişmək istəyirsinizsə, vaxt itirməyin. Gün ərzində Ayın bürcünüzdəki neqativ təsirini də yaddan çıxarmayın.

ŞİR - Qətiyyətsiz hərəkətlərə yol verməyin. Hər hansı riskə getməyin, yeni işlərə başlamayın. Uzaq qohumlarınızla mütləq əlaqə saxlayın. Axşama yaxın təzə xəbər eşidəcəyiniz gözlənilir.

QIZ - İxtiyarınızda olan bu təqvimi daha çox işə həsr etməlisiniz. Yeni layihələr üzərində baş sındırmağa dəyər. Qarşılıqlı müzakirələrdə təşəbbüskarlığı əlinizə alın ki, qalib olasınız.

TƏRƏZİ - Səhhətinizlə bağlı müəyyən problemləriniz hiss olunmaqdadır. Havalar ürəkaçan olsa, gəzintiyə çıxmağa, qonaq getməyə dəyər. Ağlınız kəsməyən digər dəvətləri isə təxirə salın.

ƏQRƏB - Səhər saatlarından səhhətinizə xüsusi diqqət ayırmalısınız. Buna baxmayaraq, fəaliyyətlə bağlı aktivliyiniz də müşahidə olunacaq. İstənilən qərarınızda ədalətli və obyektiv olun.

OXATAN - Saat 12-dən sonra maraqlı hadisələrlə rastlaşma ehtimalınız var. Axşam qonaqlıqlarda iştirak etmək şansınız da olacaq. Bu gün hansısa falçı və cadugərə müraciət etməyin.

OĞLAQ - Ulduzlar xəbər verir ki, bu günü necə keçirsəniz, qarşıdakı günlərindəki ovqatınız da həmin minvalla ötüşəcək. Unutduğunuz adamlarla əlaqələrinizi dərinləşdirin ki, ruzisiz qalmayasınız.

SUTÖKƏN - Ailə-sevgi münasibətlərində mübahisələriniz gözlənilir. Təmkinli olun, kənar müdaxilələrə aludə olmayın. Tərəf-müqabilinizlə mehriban davranın. Səhhətinizə də fikir verin.

BALIQLAR - Təəssüf ki, bu təqvimi bir qədər problemlə qarşılayacaqsınız. Ələlxüsus da saat 16-ya qədər ayıq-sayıqlığınızı artırmalısınız. Şəxsi problemlərinizi təkbaşına həll edin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA