Tovuzda ermənilərin atəşinə qarşı mühafizə səddi çəkilir VİDEO

img

06-09-2015 [22:43]


Ermənistan silahlı qüvvələri son günlər cəbhəyanı bölgələri aktiv şəkildə atəşə tutur. 

Bu gecədə Tovuzun Əlibəyli kəndi atəşə məruz qalaraq, yandırıcı güllələrin hədəfi olub. Kənd sakinləri güllə yağışından qorunmağın yolunu tapıblar. Hazırda bu istiqamətdə işlər görülür.

ANS TV-nin əməkdaşının sözlərinə görə, Əlibəyli kəndinin Tovuzun təmas xəttində yerləşən və düşmən mövqelərinə ən yaxın məsafədə olan kəndlərindən biridir. Belə ki, Ermənistan ordusunun mövqeyi ilə yaşayış evləri arasındakı məsafə, hətta 100 metrə qədərdir.

Buna görə də müxtəlif vaxtlarda yaşayış evləri və evlərin sakinləri bundan daha çox ziyan çəkir. Məhz Ermənistan ordusu bir neçə gündür ki, Əlibəyli kəndini daha çox iriçaplı silahlardan atəşə tutur. Nəticədə evlərə ciddi ziyan dəyib. Bu gün səhər saatlarından etibarən Əlibəyli kəndində ara-sıra atəş səsləri eşidilib. Buna baxmayaraq, kənddə nisbi sakitlikdir”.

"Əlibəyli kəndində aparılan tikintiyə gəlincə, sakinləri qarşı tərəfin güllə atəşindən qorunmaq üçün mühafizə səddi çəkilir. Artıq təmas xəttinə yaxın bir neçə yerdə bu mühafizə səddi var. Hazırda Əlibəyli kəndində mühafizə səddinin inşasına bir neçə gündür ki, başalanılıb”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA