Daha bir erməni əsgəri məhv edildi

img

06-09-2015 [22:42]


Bu gün qondarma "DQR müdafiə nazirliyi” təmas xəttinin şimal istiqamətində sentyabrın 6-na keçən gecə baş vermiş "fövqəladə hadisə” nəticəsində bir erməni əsgərinin həlak olduğunu açıqlayıb.

Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, açıqlamaya əsasən saat 01.45 radələrində döyüş postunda baş vermiş "fövqəladə hadisə” nəticəsində 1996-cı ildə anadan olmuş hərbi qulluqçu Narek Arutyunyan həlak olub. Hansı "fövqəladə hadisə”dən söhbət getdiyi isə açıqlanmır.

Bir gün əvvəl erməni tərəfi təmas xəttinin Tərtər-Ağdam istiqamətində iki hərbçisini itirdiyiyini açıqlayıb.Ümumiyyətlə, sentyabrın əvvəlindən bu yana Ermənistan ordusunun rəsmən açıqlanan itkilərinin sayı 5-ə çatıb. Azərbaycan Müdafiə Nazirliyi isə düşmənin daha çox itki verdiyini bildirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA