Bakıda yeni marşrut xətti istifadəyə verildi

img

06-09-2015 [14:05]


BakuBus MMC Bakıda bir nömrəli marşrut xətti üzrə "İveco” markalı yeni avtobusları istifadəyə buraxıb.

Mia.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, avtobuslar Koroğlu metro stansiyasından "28 may" metro stansiyasına qədər və əks istiqamətə hərəkət edəcəklər. Avtobusların iş qrafiki 6:00-dan 00:00-ə qədər müəyyən edilib. Bu xəttə birinci mərhələdə 14 avtobus buraxılıb. Sərnişinlərin sayından asılı olaraq gələcəkdə avtobusların sayı ya artırılacaq və ya azaldılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA