Sevil Əliyeva Bakıya gəldi: "Atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq"

img

05-09-2015 [22:38]


Ümummilli lider Heydər Əliyevin qızı, Azərbaycan prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıya gəlib.

Mia.az xəbər verir ki, bu barədə virtualaz.org-a açıqlamasında Sevil xanım özü məlumat verib.

"Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı” - deyə Sevil Əliyeva bildirib.

Sevil xanım Bakıya övladları ilə birlikdə gəldiyini deyib:

"Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidirməyi xahiş edirlər”.

Sevil Əliyevanın sözlərinə görə, o, Bakıya azad bir insan kimi bir neçə günlüyə gəlib.

Xatırladaq ki, S.Əliyeva son illər övladlarrı ilə birlikdə Londonda yaşayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA