Azərbaycan Ordusu şəhid verdi - Acı xəbər

img

04-09-2015 [15:23]


Azərbaycan Ordusu daha bir itki verib.

Məlumata görə, Zərdab rayon Şahhüseyinli kənd sakini 1996-cı il təvəllüdlü Samir Dadaş oğlu Orucov ötən gecə Murovda hərbi xidmətini yerinə yetirərkən həyatını itirib. 

Onun cәsәdi dünәn gecә yarısı ailәsinә tәslim edilib və bu gün torpağa tapşırılıb. S. Orucovun hərbi xidməti başa vurmasına 27 gün qalmışdı. 

Qeyd edək ki, onlar ailәdә 2 qardaş, 1 bacıdırlar.

Yaxın dəqiqələrdə Müdafiə Nazirliyinin faktla bağlı açıqlama yayacağı gözlənilir. (Qafqazinfo)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA