Fövqəladə Hallar Nazirliyi zəlzələylə bağlı məlumat yaydı...

img

04-09-2015 [14:35]


Azərbaycanda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov APA-ya bildirib ki, hazırda bölgələr üzrə məlumatlar toplanır: "Zəlzələ nəticəsində dağıntılar olması barədə məlumat daxil olmayıb. Hazırda məlumatların toplanması davam etdirilir və yekunda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün saat 09:49-da Şəkidən 29 km cənub-şərqdə Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA