"Baxarıq, görək də..." - Rövnəq Abdullayev yeni vəzifə söhbətindən danışdı

img

04-09-2015 [00:29]


"Futbolçular yaxşı oynadılar, çalışdılar. Zarafat deyil, Xorvatiya Avropanın ikinci güclü komandasıdır. Mən deyərdim ki, Avropanın ən güclü futbolçuları oynayırdı və rəqiblə eyni gücdə, eyni səviyyədə mübarizə aparmaq yaxşı nəticədir. Bütün futbolsevərləri təbrik edirəm".

Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Avro-2016"nın seçmə mərhələsində millimizin Xorvatiya ilə qolsuz bərabərə qaldığı matçdan sonra deyib.

O, qarşılaşmadan sonra futbolçularla görüşdüyünü və onları təbrik etdiyini söyləyib: "Onları təriflədim. Belə davam etsinlər!".

R.Abdullayev futbolçularla dünənki görüşündən də danışıb: "Futbolçulara söylədim ki, keçən dəfə həyatımda birinci dəfə  ilk hissədən sonra stadionu tərk etdim, dözə bilmədim. Onlara dedim, elə etsinlər ki, bunun əvəzini çıxsınlar və bacardılar. Xorvatiya çox arxayın gəlmişdi".

R.Abdullayev Azərbaycan Cüdo Federasiyasına prezidenti olacağı xəbərlərinə də münasibət bildirib: "Baxarıq, görək də".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA