03-09-2015 [21:36]
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamı ilə Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev vəzifəsindən azad olunub. Onun yerinə isə Bakının Səbail rayonunun icra başçısı Asif Əsgərov təyin edilib.
Maraqlıdır ki, azad edilən icra başçılarının hamısı - Zakir Fərəcov, Eldar Əzizov, Asif Əsgərov digər şəhər və rayonlara yenidən icra başçıları təyin olunsalar da, eyni şans Nəsib Məhəməliyevə tanınmadı. Bəs, bunun səbəbi nədir?
Mia.az Strateq.az-a istinadən xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun "çətir"i altında olan Nəsib Məhəməliyevin "vurulması" onun fəaliyyətindəki nöqsanlardan daha çox, qruplararası savaşdan qaynaqlanıb:

Nəsib MƏHƏMƏLİYEV
"Ziya Məmmədova rəqib qruplar Nəsib Məhəməliyevin barəsində hakim dairələrdə çox kəskin rəy yaratmağa nail olmuşdular. Bu, ötən ilin dekabr ayının 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələrində də özünü göstərmişdi. Belə ki, Bakının ən böyük və zəngin rayonu sayılan Nəsimidə yeganə seçkili qurum olan rayon bələdiyyəsinə seçilən 19 üzvün böyük əksəriyyəti icra başçısının iradəsindən kənar şəxslər idi və elə bu fakt yaxın gələcəkdə çox ciddi proseslərin baş verəcəyinin anonsu idi. Xüsusilə bələdiyyəyə yeni sədrin Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri işləyən Nazim Qaraxanovun gətirilməsi, onun isə sələfi Asif Qurbanovun fəaliyyətini təftiş edən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə yaxından yardım göstərməsi Nəsib Məhəməliyevə xoş gələcək vəd etmirdi.
Nəsib Məhəməliyevin ətrafında bu cür "təhlükəli oyunlar"ın baş verməsi tək özünün fəaliyyətindən, bələdiyyə vasitəsiylə rayonun ərazisini talan etməsindən deyil, həm də Ziya Məmmədovun son bir ildə "büdrəməsi"ndən qaynaqlandı...".
Mənbə deyir ki, vəzifədən qəfil alınması xəbəri Nəsib Məhəməliyevdə böyük sarsıntı yaradıb:
"Ancaq onun yaxınları, hətta Nəsimi rayonu ərazisində ötən 9 il ərzində milyonlarla dollar dəyəri olan xeyli daşınmaz əmlaklara sahiblənən qardaşları Nəsib Məhəməliyevin "vurulması"nı tamam başqa planın tərkib hissəsiylə əlaqələndirməyə çalışırlar. Onlar iddia edirlər ki, Nəsib Məhəməliyevin işdən çıxarılması, onun doğulduğu Balakən rayonundan deputat olmaq arzusu və yaxud hansısa başqa bir yüksək vəzifəyə keçirilməsi istəyi ilə bağlı olub. Əlbəttə, 9 illik icra başçısı postunda kifayət qədər sərvət sahibinə çevrilən Nəsib Məhəməliyevin deputat olacağı istisna deyil, harasa təyinatı da mümkündür. Ancaq yalnız bir halda - əgər Ziya Məmmədov mövqelərini qoruyub saxlaya bilsə! Düzdür, heç bir icra başçısı bu vəzifəni deputat mandatına dəyişməyə can atmaz. Sadəcə olaraq, Məhəməliyevin qardaşları belə xəbər yaymaqla, psixoloji sarsıntıdan çıxmağa və ətrafa vurulmadıqları, hakimiyyətdə arzuolunmaz şəxslərə çevrilmədikləri görüntüsünü yaratmağa çalışırlar...".
Sonda onu da bildirək ki, Nəsib Məhəməliyev 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini "hüquqşünaslıq” ixtisası üzrə bitirib.
O, 03.03.2006-cı ildə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Dünən isə tutduğu vəzifədən azad edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi