Zeynal Nağdəliyev Eldar Əzizovu təqdim etdi

img

03-09-2015 [11:51]


Səbail rayonuna yeni icra başçısı təyin olunan Eldar Əzizov İcra Hakimiyyətinin kollektivinə təqdim olunub.

Təqdimat mərasimi Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin iştirakı ilə baş tutub. E. Əzizovu kollektivə təqdim edən şöbə müdiri ona yeni işində uğurlar arzulayıb.

Mərasimdə rayonun keçmiş icra başçısı Asif Əsgərov da iştirak edib.

Xatırladaq ki, prezidentin sərəncamı ilə Sumqayıt şəhərinin icra başçısı E. Əzizov Səbail rayonuna, Səbail rayonunun icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA