Eldar Əzizov Sumqayıtla vidalaşdı -FOTO

img

03-09-2015 [11:18]


Eldar Əzizov bu gündən Səbail rayonunun icra başçısı vəzifəsinin icrasına başlayacaq.

Bu barədə AzVision.az-a Səbail rayon İcra Hakimiyyətindən məlumat veriblər. Bildirilib ki, artıq təhvil-təslim işləri başa çatıb. Rayonun keçmiş icra başçısı Asif Əsgərov işçilərlə sağollaşıb: "Eldar Əzizov hələ ki, işə gəlməyib. Çox güman ki, bu gün işə başlayacaq. Asif Əsgərov bütün işçilərlə görüşüb, sağollaşıb. O postunu yeni icra başçısına təhvil verib”.

Əldə etdiyimiz məlumata görə, Sumqayıtın keçmiç icra başçısı Eldar Əzizov da bu gün işçilərlə iclas keçirərək vidalaşıb.



Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Eldar Əzizov Sumqayıtın icra başçısı vəzifəsindən azad edilərək Bakının Səbail rayonuna təyinat alıb.

Ölkə başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonuna başçı gətirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA