Prezident bir neçə rayonun icra başçısını dəyişdirdi - SİYAHI (SƏRƏNCAMLAR)

img

02-09-2015 [18:10]


Azərbaycanda bir neçə rayonun icra başçısı ilə bağlı dəyişikliklər olub.

Mia.az xəbər verir ki, prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıtın icra başçısı Eldar Əzizov, Bakının Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev, Abşeronun icra başçısı Zakir Fərəcov, Səbailin başçısı Asif Əsgərov vəzifələrindən azad olunublar.
 
Mia.az-ın xəbərinə görə, Prezidentin növbəti sərəncamları ilə Səbailin icra başçısı Asif Əsgərov Nəsimiyə, Eldar Əzizov Səbailə icra başçısı təyin edilib.  Zakir Fərəcov isə Sumqayıta göndərilib. Abşerona isə Zakir Fərəcovun müavini İradə Gülməmmədova təyin olunub. 

Hələlik isə Nəsiminin sabiq icra başçısı Nəsib Məhəməliyevə yeni vəzifə verilməyib. 

Onu da qeyd edək ki, Bakının Nizami rayonunun icra başçısı vəzifəsinə də hələ təyinat olmayıb.  Bildirək ki, bu rayonun icra başçısı Tahir Budaqov bir neçə həftə əvvəl Dövlət Statistika Komitəsinə sədr təyin edilib. O zamandan onun keçmiş postu sahibini gözləyir...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA