02-09-2015 [13:23]
Son günlər Bakıda yol polisi tərəfindən cərimə meydançasına elə maşınlar salınır ki, bəzilərini əməlli-başlı fikir götürüb. Əvvəllər belə düşüncə var idi ki, yol polisi bahalı və gözəgəlimli nömrəsi olan maşınları saxlamır və cərimə etmir. Amma Avtosfer.az-ın Bakıdakı cərimə meydançalarından çəkdiyi bu fotolardan görünür ki, yol polisi bahalı nömrəsi olan bahalı maşınları nəiinki saxlayıb cərimə yazır, hətta, lazım gələndə onları cərimə meydançasına da salır. Məsələn, bu fotolardan göründüyü kimi, 100, 006, 007, 888 və digər bu kimi diqqətçəkən nömrə nişanları olan avtomobillər hazırda cərimə meydançasındadır. Onların arasında müxtəlif modeldən olan 3 «Porsche», 4 «Mersedes GL», 3 «Range Rover», 1 «Wolksvagen Touareg», 3 «BMW-X6, 1 «İnfiniti», 1 «Nissan», 1 «BMW-750» və başqa markalı avtomobillər var. Həmin avtomobillərin bəzilərinin sürücüləri sərxoş vəziyyətdə sükan arxasına oturanlardır. Eyni zamanda, yol polisinə tabe olmayanların, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edənlərin də nəqliyyat vasitələri cərimə meydançalarına salınıb. Həmin nəqliyyat vasitələrinin bəzilərinin qiyməti 150 min manata yaxındır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həqiqətən də cərimə meydançalarında bahalı avtomobillər mövcuddur və onların sürücüləri müxtəlif qayda pozuntularına yol verdikləri üçün maşınlar duracağa qoyulub: «Bəzən cəmiyyətdə elə fikir formalaşır ki, guya yol polisi bahalı maşınları, nömrəsi gözəgəlimli olanları saxlayıb cərimə yazmır. Lakin inzibati qayda pozuntusu törətidilrsə, kimliyindən asılı olmayaraq hər kəs məsuliyyətə cəlb olunur. Sizin çəkdiyiniz fotolardakı mənzərə də dediklərimi bir daha təsdiq edir».
Avtosfer.az-ın əməkdaşının Bakının cərimə meydançalarından hazırladığı fotoreportajı təqdim edirik:
Elməddin
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi