02-09-2015 [09:58]
Azərbaycanın neftdən gələn gəlirləri azaldıqca, manatın məzənnəsinin əvvəlki səviyyədə saxlanılması ciddi problemə çevrildikcə, dövlət aparatında ixtisarlar gündəmə gəlir. Bu baxımdan təsadüfi deyil ki, millət vəkili Zahid Oruc parlament seçkisindən sonra bir neçə nazirliyin ləğv ediləcəyini və digərləri ilə birləşdiriləcəyini bildirib. Böyük neft pulları gəldiyi zaman nazirliklərin və komitələrin bir-birini təkrarlaması o qədər nəzərə çarpmırdı. Amma hökumət artıq ciddi maliyyə problemləri yaşadığından xərclərə ciddi ixtisarlar etməyi düşünür.
Bir-birini təkrarlayan strukturlar
Əgər əvvəllər hazırkı Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi daha aşağı statuslu departament idisə, daha sonra onun səlahiyyətlərini artırdılar. Amma sonra məlum oldu ki, komitə bir çox məsələlərdə digər nazirlikləri sadəcə olaraq təkrarlayır.
Və ya hazırda, demək olar, bütün nazirliklərin istintaq komitələri var. Bu isə bir çox hallarda lazımsız strukturdur. Dövlət hesabına açılan Ali Neft Məktəbi, Aviasiya Akademiyası da əslində digər ali məktəblərlə paralel fəaliyyət göstərir. Neft Kəmərlərinin Mühafizə Idarəsinin də ayrıca bir struktur kimi fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur.
Digər bir bərdxərclik Həmkarlar Ittifaqları vasitəsilə reallaşdırılır. Azərbaycanın regionlarında nazirlərə məxsus istirahət mərkəzlərinin çiçəklənməsi dövlət vəsaitləri hesabına baş verir.
Amma artıq bu xərclərə yenidən baxmaq məcburiyyəti yaranıb. Bəs, hökumət hansı xərcləri qayçılayacaq? Belə bir addımın atılması hansı fəsadlar yarada bilər?
Hesablama Palatası qənaətə səslədi
Əslində hakimiyyət təmsilçiləri də açıqlamalarında xərcləri kəsmək zorunda olduqlarını etiraf edirlər. Azərbaycan Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin proqnozlaşdırılmasında fəal iştirak edir. Fins.az-ın "Fineko”ya istinadən məlumatına görə, Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, palata dövlət büdcəsinin parametrləri ilə bağlı təkliflərini verib. "Biz həmçinin dövlət büdcəsinin son variantı üzrə rəyimizi də verəcəyik. Ümumilikdə biz dövlət vəsaitlərinin effektiv və qənaətli istifadəsini tövsiyə edirik. Biz dövlət borcunun idarə olunmasının optimallaşdırılmasını və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalmasını da təklif edirik. Xatırladaq ki, ölkə qanunvericiliyinə görə, 2016-cı ilin dövlət büdcəsinin layihəsi sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim edilməlidir.
Qadir İbrahimli: "Postneft dönəmi başladığından xərcləri optimallaşdırmaq qaçılmazdır”
Iqtisadçı Qadir Ibrahimli bildirdi ki, Azərbaycanda artıq postneft dönəmi başlamaqdadır. Bu dönəmdə xərclərin optimallaşdırılmasının və dövlət strukturlarının yenidən təşkilinin gündəmə gəldiyini deyən Q.Ibrahimli vurğuladı ki, ilk hədəf oxşar funksiyaları yerinə yetirən dövlət strukturlarının ləğvidir: "Diasporla Iş Üzrə Dövlət Komitəsinin ləğvi gündəmdədir. Komitənin ləğvi onun funksiyalarının Xarici Işlər Nazirliyinə verilməsini nəzərdə tutur. Bundan başqa, Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi nəzərdə tutulur. Hər iki nazirlik eyni funksiyanı həyata keçirən sosial institutlardır. Eləcə də bir çox nazirliklər və dövlət komitələri var ki, onların fəaliyyətinin funksiyalarına yenidən baxmaq gərəkdir. Iqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti Departamenti eyni funksiyaları Dövlət Standrtlaşdırma Metrologiya və Patent Komitəsi məşğuldur. Güman ki, ikincinin funksiyaları ləğv edilərək Iqtisadiyyat və Sənaye Nazirliyinə veriləcək”.
Q.Ibrahimli bildirdi ki, postneft dövrü xərclərin ixtisarını tələb edir. Bu zərurətdən çıxış edərək bəzi nazirliklərin ləğvi, yenidən təşkili gündəmə gələ bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi