01-09-2015 [15:30]
Akademik Milli Dram Teatrının prezidentə müraciət edən bir qrup tanınmış aktyoru sənət ocağına yeni təyinatla bağlı fikirlərini bildiriblər.
Onlar ötən gün teatra bədii rəhbər və baş rejissor təyin edilən Azər Paşa Nemətovun arzu edilən şəxs olduğunu, lakin İsrafil İsrafilovun yenidən direktor təyin edilməsi qərarı ilə razılaşmadıqlarını deyiblər.
Xalq artisti Nurəddin Mehdixanlının dediyinə görə, A. P. Nemətova rejissor kimi böyük hörmətləri var. Amma xalq artisti bu təyinatların kollektivlə razılaşdırmadan verilməsinin əleyhinədir: "5 ildir ki, aktyorlar bunu istəyirdi. Akademik Milli Dram Teatrı kimi bir sənət ocağı baş rejissorsuz, yəni kapitansız ola bilməz. Azər Paşa Nemətovla bizim kollektivin heç bir problemi yoxdur. Bir yerdə tamaşalarımız olub. Sadəcə, xoşa gəlməyən odur ki, Azər Paşa Nemətov kimi bir rejissoru, böyük sənətkarı Akademik Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin edirlər, amma bu kollektivin yanında yox, direktorun otağında baş verir. Mən bunu nə təqdimatı edənlərə, nə də Azər Paşa Nemətova yaraşdırıram”.
Mehdixanlının İ. İsrafilov haqqında fikri isə dəyişməz qalır. Xalq artisti onun direktorluğa layiq olmadığını deyir. Sənətkar onu teatrı parçalamaqda günahlandırır: "İsrafil İsrafilov Akademik Milli Dram Teatrının rəhbərliyinə yaramır, bacarmır, teatrın bütün problemlərinin yaranmasının səbəbkarı odur. Onun "Parçala, hökm sür” siyasəti teatrda hamını qarşı-qarşıya qoyub, hamı bir-biri ilə düşmən olub. Nəticədə biz məcbur olub cənab prezidentə müraciət etmişik. Mən Mədəniyyət və Turizm Nazirliyinin qərarlarına hörmətlə yanaşıram. Amma hesab edirik ki, kollektivin də rəyi nəzərə alınmalı idi. İsrafil İsrafilovu burada saxlamaq, bu boyda teatrın kollektivinə - xalq artistlərinə, əməkdar artistlərə, həyatını, ömrünü teatra vermiş insanlara hörmətsizlikdir”.
Xalq artisti Firəngiz Mütəllimova da sənət yoldaşı ilə həmfikirdir. Baş rejissor və bədii rəhbər təyinatını alqışlayan aktrisa direktor təyinatı ilə razı qalmadığını ifa edib. Xalq artisti İsrafil İsrafilova təzminat davası açacağını da bildirib. Aktrisa direktoru məhkəməyə verməyi planlaşdırır: "Biz Azər Paşa Nemətovun gözü qarşısında yaradıcılığa başlamışıq. O, aktyora hörmət edir, sevir. Ən əsası, gözümüzün içinə baxa-baxa bizi aldatmır, yalan danışmır. Saf ürəyi var, çünki istedadı var. Əgər İsrafil İsrafilov getsəydi, məhkəməyə verməyəcəkdim. Amma qalıb deyə, verəcəm. "Mir” kinoteatrında balaca, dar, havasız otaqda "Qarabağnamə” tamaşasını hazırlananda İlham Əsgərov insult keçirdi. O vaxt teatr təmirdə idi. Bizə havasız, dar otaqda əziyyət çəkə-çəkə 1 il 6 ay məcburi məşq etdirdi. Tamaşa hazır idi, amma gündə məşq etdirirdi. Dava-qırğında idik. Onun sayəsində mənim səhhətimdə problem yarandı. Bir dəfə də məni çağırmışdı otağına. Qəfil arxadan biri mənim belimdən tutdu. Dik atıldım, çığırdım. İsrafil müəllim dedi ki, "Qorxma, Moskvadan gəlib, ekstrasensdir”. 3 gün evdə dərman içdim. Şəkərimi, təzyiqimi yoxladılar. Bunlara cavab versin. 2 il müalicəmə, əməliyyata nə xərc çəkmişəm ödəsin”.
Aktrisa son 5 ildə dövlət sifarişli tamaşalarda rol almadığını da etiraf etdi: "Yeganə baş rol oynadığım "Qanlı Nigar” tamaşasıdır, o da teatrın öz hesabına qoyulub. O da ki, ağzımızı yummaq üçün. Mən necə xalq artistiyəm ki, bu 5 ildə bir dövlət sifarişi olan tamaşada oynaya bilmirəm? Mənim üçün bir afişa edib. Hay-küy qopan kimi məni çağırıb göstərir. Formamı itirməmişəm, kilom getməyib. İndi mənə 4 pyes yollayıb. İstəmirəm. Heç müəlliflərini tanımıram. Oxumamışam. Əsəbiləşmişəm. Bilirəm ki, teatra gedəcəm, yenə əsəbiləşəcəm. Azər Paşa müəllimlə görüşüb bütün bunları danışacam. Onunla da məsləhət edəcəm, sonra qərara gələcəm ki, məhkəmə verim, ya yox”.
Xalq artisti Ramiz Məlikin münasibəti isə qısa və konkret oldu: "Azər Paşa Nemətovun bədii rəhbər və baş rejissor təyin edilməsi müsbət haldır. İsrafil müəllimin yenidən direktor təyin edilməsini də müsbət qarşılayıram”.
Xalq artistləri Rafael Dadaşov və İlham Əsgərov təyinatlardan xəbərsiz olduqlarını bildirdilər(Lent.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi