01-09-2015 [14:49]
Son illər əksər dövlət qurumlarının mətbuatla münasibəti qaydasında düşsə də, bəzi dövlət qurumları hələ də ictimaiyyətə qapalı fəaliyyət göstərirlər.
Prezident İlham Əliyevin məmurlara xəbərdarlığı, dövlət qurumlarını və məmurları ictimaiyyətə açıq olmağa çağıran bəyanatları fonunda mətbuata qapalı nazirlik və komitələri anlamaq olmur.
Onlar niyə belə edir, məqsədləri nədir, bu başqa müzakirənin mövzusu olsa da, Aktual.az bu dəfə ictimaiyyətə qapalı dövlət qurumlarından, daha doğrusu "qırmızı işıq”da ilişən mətbuat katiblərindən bəhs edəcək.
Mətbuata qapalı dövlət qurumlarından söz düşəndə, ilk yada düşən Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov olur. Rəsmi vəzifəsi nazirlikdə aparat rəhbəri olan Namiz Həsənov mətbuata məsul şəxs olsa da, çox nadir hallarda jurnalistlərin suallarına cavab verir. Bununla yanaşı nazirliyin mətbuatla sistemli fəaliyyəti də nəzərə çarpmır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev ara-sıra gözə dəysə də, ümumilikdə uğurlu fəaliyyəti olmayan mətbuat katiblərindəndir. İnsaf naminə jurnalistlərin telefonlarına cavab verən A.Əliyev rəhbərlik etdiyi nazirliyin mətbuatla təmasını yüksək səviyyədə qura bilməyib.
Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev də mətbuata qapalı mətbuat katibləri sırasında yer alır. Onun jurnalistlərlə təmasdan yayınması, rəhbəri olduğu qurumda bu sahəyə məsul şəxslərin ictimaiyyətdə sirr olaraq qalması, onun passivinə yazılan məqamlardandır.
Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova yenicə bu vəzifəyə təyin olunsa da, eynən sələfi Anar Qədirli kimi, ictimaiyyətlə təmasdan yayınır. Nazirliyin mətbuata "soyuq münasibəti”, Liya Bayramovanın isə vəzifəyə təyin olunandan bir dəfə olsun jurnalistlərlə kollektiv görüş keçirməməsi qınanılan məqamlardandır.
Əmlak məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov ən passiv mətbuat katibidir desək, yəqin ki, yanılmarıq. Mətbuatla münasibətləri bir yana, Q.Xəlilov haqqında çıxan tənqidi yazılara belə məhəl qoymur. Deyilənə görə, komitə sədri Kərəm Həsənovun özü belə istəyir və bu arxayınçılıq Qulu Xəliovun da vəzifə səlahiyyətlərini unutmasına səbəb olub.
"Dövlət Gömrük Komitəsinin mətbuat katibi kimdir” sualına biz yalnız "google”də axtardığımız axtarışlar zamanı aydınlıq gətirə bildik. Məlum oldu ki, qurumun mətbuat katibi, polkovnik Natiq Axundovdur.
Qaçqın, Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin fəaliyyəti vaxtaşırı olaraq mətbuatda kəskin tənqid olunur. Qurumun rəhbəri Elçin Qədimov adlı şəxs olsa da, əksər jurnalistlər onu tanımır.
Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Esmira Xəlilovanı daha çox aparıcı kimi tanıyırıq. Mətbuat katibi təyinatına qədər ANS telekanalında çalışan Esmira Xəlilova təmsil etdiyi qurumla mətbuat arasında uğurlu münasibətlər qura bilməyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi