Səbailli "Gənc Heydərçilər"in yay düşərgəsindəki istirahəti başa çatıb

img

31-08-2015 [11:59]


Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə artıq 2-ci dəfə həyata keçirilən "Gənc Heydərçilər" layihəsi başa çatıb.

Mia.az-a daxil olan məlumata görə, Səbail rayonunun orta məktəblərinin təhsildə, idmanda və ictimai həyatda fərqlənən yeniyetmələri, həmçinin ilk dəfə olaraq ön xəttdə xidmət edən zabitlərin övladları ümumilikdə – 180 nəfər üçün Müdafiə Nazirliyinin Qusar rayonundakı «N» saylı hərbi hissəsində «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb.

Düşərgədə məktəblilərə vətənimizin, xalqımızın tarixindən bəhs edən dərsləri müxtəlif mövzularında məşğələlər, müxtəlif maraqlı görüşlər, idman yarışları keçirilib, müxtəlif filmlər nümayiş etdirilib.

Düşərgənin bağlanışına həsr olunmuş tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov Müdafiə Nazirliyi ilə 2-ci ildir ki, keçirilən birgə layihənin əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev, Qusar rayon İcra Hakimiyyətinin Başçısı Şair Alxasov, valideyn Vahid Novruzov və başqaları düşərgənin fəaliyyətindən, burada yaradılan şəraitdən danışıb, gələcək nəslin vətənə sevgi və məhəbbət ruhundə tərbiyəsi istiqamətində belə düşərgələrin rolunu çox yüksək qiymətləndiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA