Toyda oynamaq üstündə dava - yaralılar var

img

30-08-2015 [14:27]


Bərdə rayonunda keçirilən toy mərasimlərindən birində kütləvi dava düşüb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Buəhmədli kəndində yerləşən "Ay-ulduz" şadlıq sarayında qeydə alınıb.

Belə ki, Məmmədovlar ailəsinin xeyir işində toya dəvətli olan iki qohum arasında oynamaq üstündə dava düşüb. Dava zamanı 24 yaşlı Xurşudov Qalib Teymur oğlu xəsarət alıb. Zərərçəkmiş kəsilmiş-deşilmiş bədən xəsarətləri ilə rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA