29-08-2015 [00:54]
Milli Məclisin xanım deputatlarından olan Jalə Əliyeva Parlament seçkiləri öncəsi təşvişdədir. Xanım deputat yeni havadar axtarışındadır.
Məlumata görə, ötən seçkilərdə Zərdabdan deputat seçilən Jalə Əliyeva son 5 ildə ona etimad göstərən bütün şəxslərin kredolarını xərcləyib.
Belə ki, nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasında olan Zərdabdan millət vəkili seçilən Jalə Əliyeva son illərdəki fəaliyyəti ilə yaxın ətrafını çətin vəziyyətdə qoyub və komanda deputatdan "əlini üzüb”.
Xanım deputata yaxın olan mənbənin portalımıza verdiyi məlumata görə, buna səbəb Jalə Əliyevanın komandasına xəyanət etməsidir. Belə ki, o yeri gəldi-gəlmədi məmurlara, nazirlərə ağız açır, onlardan nəsə umur, bu hal isə Nəqliyyat nazirinə xoş gəlməyib və bu səbəbdən deputat siyahıdan silinib. Jalə Əliyeva Zərbabın icra başçısı Lütvəli Babayeva dəfələrlə iş üçün müraciət edib, ondan nələrsə xahiş edib. Vəziyyətdən təngə gələn başçı deputatdan şikayətini dilə gətirib.
Onu da qeyd edək ki, millət vəkilinin məmurlardan xahiş halı artıq həyat tərzinə çevrilib. Belə ki, Milli Məclis kulislərində gedən söhbətlərdə də hər kəs deputatın istəklərindən cana doyduğunu bildirir.
Millət vəkili ilə bağlı daha bir məlumat və onu bitirən amil Türkiyədə olan iş adamları ilə sıx münasibətidir. Belə ki, demək olar hər ay İstanbula uçan deputatın bu hərəkəti hakim düşərgədə də birmənalı qarşılanmayıb və ondan bu hərəkətinə görə hesabat tələb olunub.
Bir müddət öncə mətbuatda yayılan xəbərə görə, Jalə Əliyeva Türkiyədən dönərkən aeroportda saxlanılıb və onun çantasına baxış keçirilibmiş. Yoxlama zamanı xanım millət vəkilinin çantasından bir neçə "juçok”, qələm-kamera, "prosluşka” telefonları və digər bu kimi idxalı yasaqlanmış əşyalar çıxıb.
Bu olayı izləmiş vətəndaş iddia edir ki, J.Əliyeva deputat toxunulmazlığından istifadə edərək əvvəlcə çantasının açılmasına razılıq verməyib.
Mənbə qeyd edir ki, onun etirazlarına baxmayaraq çantası yoxlanılıb. Qeyd olunan əşyalar aşkarlandıqdan sonra xanım deputat onların özünə məxsus olmadığını iddia edib. Daha sonra o, həmin yoxlamanı həyata keçirən təhlükəsizlik orqanı əməkdaşının bu yoxlamanı qanunsuz apardığını iddia edib və onun işdən çıxarılması məsələsini qaldıracağını bildirib. Deputatın Türkiyədə olarkən iş adamlarının səsini yazdığı və onları şantaj etdiyi də iddia olunub.
Mənbəmiz onu da qeyd edir ki, həmin vaxt hadisə yerinə aeroport rəhbərliyi gəlib və məsələ barədə yuxarılara məruzə edilib. Həmçinin, bu hadisə haqda Milli Məclisin sədri Oqtay Əsədova məruzə edilməsi haqda da tapşırıq alınıb.
Bütün bu sadalanan amillər bir daha onu sübut edir ki, Jalə Əliyeva hakim komanda üçün bitmiş kadrdır və qarşıdan gələn seçkilərdə onun namizədliyi dəstəklənsə belə digər partiyalar və bitərəflər üçün xanım deputatı məğlub etmək asan olacaq(Azxeber.com)
P.S. Yazılnlarla bağlı deputat Jalə Əliyevanın da mövqeyini dərc etməyə hazırıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi