Bakıda "novostroyka"nı belə sementsiz tikiblər - Sensasion faktlar (FOTOLAR)

img

28-08-2015 [23:07]


Bakıdakı tikilməkdə olan yaşayış binalarının birində dünyanın heç yerində rast gəlinməyən unikal hadisə qeydə alınıb.

Virtualaz.org saytı xəbər verir ki, bu faktı blogger Mehman Hüseynov aşkara çıxarıb.

Belə ki, blogger Xətai rayonunda eyniadlı metro stansiyasının yaxınlığında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının tikintisinin... sementsiz aparılması faktını müəyyən edib. Nəticədə həmin binadakı balkonlar uçub tökülüb.

M.Hüseynov sübut kimi həmin binanın eyvanlarının da fotosunu çəkib. Balkonun hörgüsündə sementdən əsla istifadə olunmaması fotoşəkillərdən də aydın görünür. 

Bizə yalnız FHN-in məsələyə dərhal müdaxilə edib, bu özbaşınalığın qarşısını alacağını gözləmək qalır.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA