Hökumət jurnalistlərlə bağlı qərar verdi; Təhsil alan jurnalist övladlarına pul veriləcək

img

28-08-2015 [22:31]


Nazirlər Kabineti "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında" qərarında dəyişiklik edib.

Mia.az-ın xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliklə AZƏRTAC-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqlarının 500 ABŞ dollarından çox olmayan hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, qərar 2016-cı il 1 yanvarından qüvvəyə minəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA