“Gəncə Şərab-2”nin məhsulundan həşəratlar çıxdı - FOTOLAR

img

28-08-2015 [16:09]


"Gəncə şərab-2” zavodunun istehsal etdiyi arağın içindən həşəratlar aşkarlanıb.

Bu barədə Mia.az-a jurnalist İlqar Qulusoy məlumat verib. Onun sözlərinə görə, iki tarakana bənzər, bir qara kiçik qurdun olduğu içki "Gəncə şərab-2”-nin istehsalıdır:

"Şüşənin qapağı xüsusi başlıqdan ibarətdir. Bu isə sübut edir ki, içki zavod şəraitində bağlanıb. Kənardan müdaxilə etmək mümkün deyil”.

Jurnalist içində həşəratlar olan içkinin fotolarını da Mia.az-a təqdim edib. Bununla bağlı zavoddan münasibət öyrənmək mümkün olmayıb. Onlları da dinləməyə hazırıq.

Mia.az


ar1ar2ar3


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA