28-08-2015 [15:36]
Bir müddət əvvəl Azərbaycanda müxtəlif nazirliklərin, paralel fəaliyyət göstərən qurumların birləşdiriləcəyi müzakirə obyektinə çevrilmişdi. Ölkədəki iqtisadi proseslər məsələni yenidən gündəmə gətirir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib ki, seçki zamanı aparıcı ideyaların, platformaların meydana çıxması zəruridir:
"İstərdim ki, seçkilərin əsas ideyası dövlət quruculuğu sistemini daha mükəmməlləşdirmək, islahatlara vüsət vermək, bir-birini təkrarlayan dövlət strukturlarını aradan qaldırmaq olsun. Onların funksional təyinatını müəyyənləşdirmək, xalq qarşısında hesabatlılığını formalaşdırmaq, qeyri-şəffaf fəaliyyətlərini islah etmək üçün işlər həyata keçirilməlidir.
Hesab edirəm ki, gələcək parlamentin siyasi özəyini müəyyənləşdirən tezis, ideya bu olmalıdır.
Çalışmaq lazımdır ki, "Taliban” təfəkkürü, cəmiyyətdə qarşıdurmalar, inqilabi ideyalar toqquşmasın, əksinə vətəndaşın qanuni əmlakının, mülkiyyətinin, torpaq ərazilərinin rəsmiləşməsi prosesi həyata keçirilsin.
Paralel iqtisadi təşəbbüskarlıq, maliyyə fəaliyyəti, bank sektoru, kreditlərlə bağlı məsələlər, o cümlədən kənd təsərrüfatı, aqrar sektorun daha da dirçəlməsi, əhalinin müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması, kreditləşdirilmə və s. bütün bunlar funksiyaları baxımından bir-birinə yaxın olan dövlət qurumlarının birləşməsini zəruri edir”.
Zahid Orucun sözlərinə görə, prezident İlham Əliyev də dəfələrlə dövlət idarə sistemində bu addımların davam etdiriləcəyini vurğulayıb:

Zahid ORUC
"Bu avtomatik olaraq hansısa strukturların üzərindən xətt çəkilməsi, insanların öz iş yerlərini itirməsi kimi nəticəyə gəlinməsi deyil. Önəmli olan dəqiq səlahiyyətlərlə bu qurumları təmin etmək və vətəndaş qarşısında qara əməllərdən, çirkli fəaliyyətlərdən, bürokratizmdən kənar işlərini təmir etməkdir. Bu o demək deyil ki, Azərbaycan növbəti ildə büdcə xərclərini sıxacağı üçün avtomatik dövlət qurumlarının üstündən xətt çəkməlidir.
Məsələ bu deyil. Dünyada dəqiq normativlər var. Konkret olaraq əhalinin 100 min nəfərinə düşən strukturlar, məmur sayı, məmur aparatı sistemi və s. onların çalışması üçün dəqiq modellər işlənib hazırlanıb”.
Deputat bildirib ki, Azərbaycan Avropada mövcud olan məlum mexanizmləri ölkəyə gətirməkdə maraqlıdır:
"Bu baxımdan, bir-birini təkrarlayan qurumlar birləşdirməlidir. Bunu ölkə başçısının ideyalarına söykənərək deyirik. Bəziləri bir çox hallarda hansı səbəbdən bu qədər insanın işsiz qalmasına, məmurların fəaliyyətinin üzərindən xətt çəkilməsinə getmək istədiyimizlə maraqlanır.
Nəzərinizə çatdırım ki, məmurun sayının daha çox olması bizi qabağa aparmır.
Məndə olan məlumatlara görə, seçkidən sonra məhz bu cür paralel qurumların birləşdirilməsinə gediləcək. Hazırda Azərbaycanda ən azı 6-8 qurumun birləşdirilməsi vacibdir və hökumət səviyyəsində bu qurumlar araşdırılır.
Əminəm ki, prezident tərəfindən seçkidən sonra bu cür dövlət qurumları arasında birləşmələrin həyata keçirilməsi və daha dəqiq nazirliklərin formalaşması prosesi sürətlənəcək.
Söhbət nazirlikdən daha çox ayrı-ayrı komitə və qurumların birləşdirilməsi, müxtəlif agentliklərin fəaliyyəti ilə bağlı əlaqələndirmələrin aparılması, səhmdar cəmiyyət modelinin kütləviləşməsindən gedir.
Səhiyyə sahəsində dövlət xəstəxana sisteminin kütləvi saxlanması effektli deyil. Bəlkə də onların özəlləşdirilməyə çıxarılması daha effektli olar və rəqabət mühitinə təsir edər. O cümlədən, kənd təsərrüfatı sahəsi ilə bağlı məsələlər çevik reallaşdırılmalıdır. Hökumətin optimal modelini qurmaq vacibdir”(Modern.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi